“Xalq işğal altındakı ərazilərimizin azad ediləcəyinə inanır”
Tarix: 12.04.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın gələcək inkişafı üçün daha vacib məsələlərə mövqe bildirib. Bu barədə “Trend”ə açıqlamasında millət vəkili Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının qaldırdığı məsələlər ölkə iqtisadiyyatının daha uğurlu inkişafı ilə bağlıdır. Eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı iclasda səsləndirdiyi qətiyyətli fikirlərinə toxunan R.Rzayev bildirib ki, dövlət başçısının bu mövqeyi danışıqlar prosesində böyük rol oynayır: "Prezident bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli və qətiyyətli mövqeyini səsləndirdi. Bundan başqa Prezident İlham Əliyevin iclasda işğaldan azad olunan Cocuq Mərcanlı kəndinin bərpası haqqında dediyi fikirlər hər bir azərbaycanlı tərəfindən alqışla qarşılanır. Bu çox vacib bir addımdır, həm də işğaldan azad edilən ərazilərimizə qayıdışa startdır. Çox sevindirici haldır ki, Prezidentin Cocuq Mərcanlıda 50 evin tikintisi ilə bağlı tapşırığından sonra bu kəndə qayıtmaq üçün 400-dən artıq ailə müraciət edib. Bu o deməkdir ki, xalq işğal altındakı ərazilərimizin azad ediləcəyinə inanır".




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info