Yaponiya Şimali Koreyanın kimyəvi silahdan istifadə edəcəyindən ehtiyatlanır
Tarix: 12.04.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Yaponiyanın müdafiə naziri bildirib ki, kimyəvi silahın yayılması və istifadəsi təhlükəsi yalnız Suriyadan deyil, eyni zamanda Şimali Koreyadan da gözlənilir.
Nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Kütləvi qırğın silahlarının yayılması və istifadəsi təhlükəsi yalnız Suriyanın problemi deyil. Bu, Şərqi Asiyada, Koreya Xalq Demokratik Respublikasında da baş verə bilər”. Koreya yarımadasına ABŞ-ın zərbə qrupunun istiqamətlənməsi barədə sualı cavablandıran nazir T.İnada bildirib: “ABŞ-ın qabaqlayıcı amil rolunu oynaması regionda sülhün və sabitliyin qorunması üçün zəruridir”. O, ABŞ-ın bu addımının lazımi nəticə verəcəyinə ümid etdiyini deyib.
Xəbər verdiyimiz kimi, ötən həftə ABŞ kimyəvi silahın istifadə olunduğunu əsas göstərərək Suriyaya məxsus aviabazaya raket zərbəsi endirib. Bu, ABŞ tərəfindən belə bir zərbənin Şimali Koreyaya endirə bilməsi barədə müzakirələrə səbəb olub. Aprelin 9-da ABŞ-ın “Carl Winson” aviadaşıyıcısı başda olmaqla zərbə qrupunu Koreya yarımadasına göndərdiyi barədə xəbərlər də yayılıb. Həmin qrupa iki esminesin və ballistik raketləri vurmağa qadir raketlərlə təchiz olunmuş bir kreyserin daxil olduğu bildirilir.
Həmin gün ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makaster qeyd edib ki, belə bir qərarın qəbulu qanunauyğundur və Pxenyanın nüvə silahına malik olması “yolverilməzdir”. H.Makasterin sözlərinə görə, Prezident Tramp hərbçilərdən xahiş edib ki, onlar bu təhlükənin aradan qaldırılması üçün təkliflərini versinlər.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info