Suriya ilə bağlı vəziyyət dəyişir: Tillerson Moskvanı razı sala biləcəkmi?
Tarix: 12.04.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Vaşinqton, London və Berlin razılığa gəldi - Əsəd getməlidir

ABŞ dövlət katibinin Moskvaya ilk səfəri Rusiya-ABŞ münasibətlərinin yenidən gərginləşməsi fonunda baş verir. "Kommersant" nəşri Kremlə yaxın mənbələrə istinadən yazır ki, Avropa İttifaqı rəsmiləri ilə toplantıdan dərhal sonra Moskvaya gələn Tillerson Putinlə bu gün görüşəcək.
Doğrudur, Putinin sözçüsü Dmitri Peskov belə bir görüşün, hələ ki, planlaşdırılmadığını bildirib. Lakin Tillersonun Kremldə qəbul ediləcəyi dəqiqdir. Putindən əvvəl həmkarı Lavrovla görüşəcək Tilerssonun əsas müzakirə mövzusu Suriya olacaq. "Kommersant" yazır ki, nazirlər Rusiya-Amerika zirvə görüşünün təşkilini müzakirə edəcəklər. Ağ Evdə hakimiyyət dəyişikliyindən sonra belə bir görüşün iyuldan gec olmayaraq keçiriləcəyi ehtimal edilir. Amma ABŞ-ın Suriyanın Şayrat aviabazasına endirdiyi hava zərbəsindən sonra münasibətlər xeyli kəskinləşib. Bundan sonra Tillersonun Moskvaya edəcəyi səfərin baş tutmayacağı gözlənilirdi. Lakin Tillerson buna qarşı çıxdı - tərəflər hesab edir ki, dialoq davam etdirilməlidir. Amma dünyada baş verən son proseslər və ikitərəfli münasibətlərin hazırkı vəziyyəti Rusiya və ABŞ arasında, hələ ki, “böyük münasibətlər” qurulması ehtimalını azaldır. Hazırkı məqamda Suriya böhranı əsas problem kimi göstərilir. Vaşinqton Moskvanın Əsədi müdafiə etməkdən vaz keçməşini istəyir. Tillersonun Moskvaya səfər gəlməzdən bir neçə saat əvvəl səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. "Associated Press" agentliyi məlumat yayıb ki, ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya ultimatum verib. Ultimatum Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyi ilə bağlıdır. Tillerson bildirib ki, Rusiya seçim etməlidir: “Ya ABŞ və digər sağlam düşüncəli dünya dövlətləri, ya da Əsəd rejimi, İran və "Hizbullah". Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin tərkib hissəsi olaraq vacib rol oynaya bilər, yaxud həmin qrupla müttəfiqliyini saxlaya bilər ki, bizim fikrimizcə, bu, uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək". Tillerson bildirib ki, Əsədin hakimiyyəti sona çatır. O bildirib ki, hələlik bu sonun necə olacağı məsələsi açıq qalır: “Keçid dövrü Suriya üçün vacib olacaq”. Rusiyanın Bəşər Əsəddən üz döndərməsini tələb edən ABŞ-a qarşı Moskvanın da öz arqumentləri mövcuddur. Məsələn, rusiyalı senator Aleksey Puşkova görə, London və Vaşinqtonun tələbinə əsasən Moskva belə bir addım atarsa, bu halda Dəməşqin “açarı” terror təşkilatlarının əlinə keçə bilər. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Britaniyanın baş naziri Tereza Mey arasında telefon söhbəti olub. Siyasətçilər müxtəlif ölkələrin Suriya barədə mövqelərini müzakirə edərək ortaq fikrə gəliblər: indi üçüncü ölkələri inandırmağa imkan yaranıb ki, bundan sonra Suriya prezidenti Bəşər Əsəd ilə müttəfiqlik həmin dövlətlərin strateji maraqlarına uyğun deyil. Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda bildirilir ki, ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya səfəri Suriya məsələsində irəliləyişə nail olmağa imkan verə bilər. Siyasətçilər Yaxın Şərqdə vəziyyəti və Koreya Xalq Demokratik Respublikasına təzyiqi artırmaq məsələsini də müzakirə ediblər. Ağ Evin bəyanatında qeyd edilir ki, Tramp Almaniya kansleri Angela Merkel ilə də telefon söhbəti edib. Həm Merkel, həm də Mey Vaşinqtonun Suriyada keçirdiyi əməliyyatları dəstəklədiklərini bildirərək qeyd ediblər ki, Əsəd məsuliyyətə cəlb edilməlidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info