ABŞ mətbuatı: “Azərbaycan elə ölkədir ki, onun vətəndaşları bir-biri ilə həmrəylik şəraitində yaşayır”
Tarix: 12.04.2017 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “The Huffington Post” qəzetində “Salaam Şalom Bacıları İttifaqı” təşkilatının həmtəsisçisi və icraçı direktoru xanım Şeril Olitsklinin məqaləsi dərc edilib.
Bu il mart ayında yəhudi və müsəlman qadınlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərindən bəhs edilən bu məqalənin müəllifi yazır ki, Şimali Amerikada fəaliyyət göstərən, müsəlman və yəhudi qadınlardan ibarət “Salaam Şalom Bacıları İttifaqı” İctimai Təşkilatının məqsədi konfessiyalararsı münasibətlər qurmaq və nifrət hissinin qarşısını almaqdır. Təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri hər iki dini qrup üçün maraq doğuran hər hansı regiona ildə bir dəfə səfər etməkdir. 2017-ci ildə bu təşkilatın səfərlər üzrə komitəsi növbəti səfər üçün Azərbaycanı seçib. Bu, ölkəmizdə mədəni və dini müxtəlifliyə unikal yanaşma ilə bağlıdır.
Müəllif ölkəmizi təsvir edərək yazır ki, Azərbaycan Birləşmiş Ştatları və İsraili regionda mühüm strateji tərəfdaşlar hesab edir. Böyük İpək Yolu üzərində yerləşən, Asiya ilə Avropa arasında əlaqələndirici həlqə olan Azərbaycan həmişə mədəni müxtəliflik mərkəzi olub. Ş.Olitski vurğulayır ki, müsəlman aləmində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda qurulub.
Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan 2500 ildən çoxdur ki, həm də bu ölkənin yəhudi icması üçün vətəndir. Azərbaycan dinc yanaşı yaşamanın ən yaxşı nümunələrindən biri kimi məşhurdur: bu ölkədə insanlar arasında onların dini etiqadına görə ayrı-seçkilik yoxdur. Yəhudilər müsəlmanlarla həmrəylik şəraitində yaşayır, məzhəblərindən asılı olmayaraq bütün müsəlmanlar birgə ibadət edirlər. Ş.Olitski yazır ki, “Salaam Şalom Bacıları İttifaqı” İctimai Təşkilatının üzvləri olan müsəlmanların və yəhudilərin dini icmaları tez-tez antiyəhudi və antimüsəlman xarakterli aksiyalara məruz qalırlar. Onlar bir ölkədə dini müxtəlifliyin mümkünlüyünü, həmin ölkənin vətəndaşlarının həmrəylik şəraitində yaşamasını öz gözlərilə görmək istəyirdilər.
Müəllif yazır ki, səfər müddətində nümayəndə heyətinin üzvləri ABŞ-ın Azərbaycandakı səfiri, “ADA” Universitetinin rektoru və tələbələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Millərlərarası məsələlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, habelə müsəlman və yəhudi icmalarının dinin liderləri ilə görüşüblər.
Müəllif vurğulayır ki, yerli sakinlərlə görüş daha əhəmiyyətli olub. Ş.Olitski yazır: “Biz sakinlərə eyni bir sual verirdik: “Azərbaycanda həyatın bütün aspektlərində öz əksini tapan dinc yanaşı yaşamanın sirri nədədir?” Həmişə də eyni cavab alırdıq: “Burada heç bir sirr yoxdur. Bu, adi məsələdir. Belə də olmalıdır. Bu, bizim mədəniyyətimizə xasdır. Biz belə böyümüşük. Valideynlərimiz bizi belə tərbiyə ediblər. Bizdən neçə-neçə nəsil əvvəl də belə olub”.
Müəllif vurğulayır: “Bu səfərdən sonra mən öz sualıma cavab tapdım. Biz bir-birimizə nifrət etmək üçün doğulmamışıq. Azərbaycan elə ölkədir ki, onun vətəndaşları bir-biri ilə həmrəylik şəraitində yaşayır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info