Millət vəkili: “Azərbaycanda alternativ enerjidən istifadəyə xüsusi diqqət yetirilir”
Tarix: 12.04.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Dünyada neftin, qazın və digər karbohidrogen ehtiyatlarının azalması müşahidə olunur. Yeni texnologiyaların inkişafı isə alternativ enerjidən istifadəni asanlaşdırıb. İndi bir çox ölkələr yeni texnologiyalar vasitəsilə günəş, külək və bioenerjidən istifadə edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin üzvü Əflatun Amaşov söyləyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda alternativ enerjidən istifadəyə xüsusi diqqət yetirilir. Ölkəmiz neft və qazla zəngin olsa da, alternativ enerjidən də istifadə edir. Son məlumatlara görə, hazırda Azərbaycanda alternativ enerjidən istifadə təxminən 17 faizdir. 2020-ci ildə bu rəqəmin 20 faizə çatdırılması nəzərdə tutulub.
Ə.Amaşov bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə alternativ enerjidən istifadə təxminən 20 faiz, dünyada isə 17 faiz təşkil edir. 2020-ci ildə bu rəqəmin inkişaf etmiş ölkələrdə 40 faizə, dünyada isə 20 faizə çatdırılması planlaşdırılır. 2050-ci ildə isə bu rəqəmlərin inkişaf etmiş ölkələrdə 70 faizə, dünyada isə 30 faizə qədər artırılması nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info