Lev Eppelbaum Sülh Platformasına qoşulub
Tarix: 12.04.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Tel-Əviv universitetinin professoru, İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının üzvü Lev Eppelbaum Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqda bəyanat verib.
 
Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
 
“Bu gün necə olursa olsun, sülh bizim sabahımızdır. Bu səbəbdən hesab edirəm ki, çox tez bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıblar. Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd edirəm. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu sülh Cənubi Qafqaz regionunda da bərqərar olacaq. Yuxarıda qeyd olunan səbəblərə görə, başçılıq etdiyim təşkilat adından, bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info