“Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur“
Tarix: 12.04.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına münasibət bildirib.
 
A. Paşazadə bildirib ki, ermənilər bu işə təxribat məqsədilə əl atıblar.
 
"Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur", - deyə şeyxülislam vurğulayıb.
 
A. Paşazadə qeyd edib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və bütün ermənilərin katolikosu II Qareginlə müzakirə olunacaq: "Gələcəkdə ola bilsin bizim üçlükdə görüşümüz olsun. Bizim görüşümüzü təşkil etmək üçün xüsusi komissiya yaradılıb. Görüş üçün işlər gedir. Biz ermənilərin bu addımına etiraz edirik".
 
Qeyd edək ki, ermənilər tərəfindən işğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.
 
Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.
 
Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.
 
Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info