Bahar Muradova: “Azərbaycan multikultural dəyərlərinə görə dünyada nümunə olan bir ölkədir”
Tarix: 12.04.2017 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Ərazi iddialarına, iqtisadi, hərbi maraqlara, etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir. İnsanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var. Azərbaycan bu çağırışların qarşısına İslam həmrəyliyinin, multikultural dəyərlərin təbliği, dini, etnik, milli dözümlülük, bir ərazini bölüşən müxtəlif xalqların və millətlərin nümayəndələrinə, onların mədəniyyətlərinə hörmətlə çıxır. Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda keçirilən “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfransda söyləyib.
“Azərbaycan o ölkələrdəndir ki, onun milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin minilliklər ərzində formalaşmış münasibətlərinə, birgəyaşayış qaydalarına və onlar arasındakı harmoniyaya əsaslanır. Bu, bizə kənardan gəlmə, yad fikir deyil, bu, bizim həyat tərzimizdir, özümüzü ifadə formamızdır. Ona görə, Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca səslə multikultural dəyərlərə görə nümunə olan bir ölkə kimi, eyni zamanda, İslam həmrəyliyi mövzusunu, İslam həmrəyliyi çağırışını irəli sürə bilir”, - deyə Bahar Muradova qeyd edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info