Azərbaycan “Üçüncü Ümumrusiya Əməyin Mühafizəsi Həftəsi“ndə iştirak edir
Tarix: 12.04.2017 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti 28 Aprel – Beynəlxalq Əməyin Mühafizəsi günü çərçivəsində Rusiyanın Soçi şəhərində təşkil edilən “Üçüncü Ümumrusiya Əməyin Mühafizəsi Həftəsi” (10-14 aprel) tədbirində iştirak edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Rusiya hökumətinin, ayrı-ayrı ölkələrin aidiyyəti qurumlarının, beynəlxalq təşkilatların, iri işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi tədbir əməyin mühafizəsi sisteminin yaxşılaşdırılması, əmək mədəniyyətinin yüksəldilməsi, bu sahədə qabaqcıl praktikaların təbliği, sağlam həyat tərzinin formalaşdırılması və s. məsələlərin müzakirəsinə həsr olunub.
Tədbirdə çıxış edən F.Əlizadə Azərbaycanda əməyin mühafizəsi sahəsində aparılan dövlət siyasəti barədə məlumat verib, ötən dövrdə Azərbaycan tərəfindən BƏT-in 57 konvensiyasının, o cümlədən əməyin təhlükəsizliyinə dair konvensiyaların ratifikasiya olunduğunu qeyd edib. Xidmət rəisi ölkəmizdə əmək müfəttişliyi sisteminin qurulması və inkişafı tədbirlərini, Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilati strukturu və kadr potensialı barədə məlumatları diqqətə çatdırıb. O bildirib ki, son illərdə müvafiq layihə çərçivəsində iş yerlərində əməyin mühafizəsi normalarına uyğunluğun ekspertizası məqsədilə Xidmətin laboratoriyalarının çoxfunksiyalı ölçü cihazları ilə təminatı həyata keçirilib.
Ölkəmizdə əmək və sosial müdafiə sisteminin avtomatlaşdırıldığını qeyd edən F.Əlizadə Xidmətin fəaliyyətində də müasir texnologiyaların tətbiq olunduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, 2014-cü ilin iyul ayından işə salınan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək bazarına, əmək hüquqlarının təminatına dövlət nəzarəti sisteminin müasir, çevik və şəffaf idaretmə mexanizmi əsasında qurulmasına imkan verib. Həmin sistem mötəbər beynəlxalq qurumlar tərəfindən müasir dünyanın qabaqcıl təcrübəsi kimi dəyərləndirilərək təbliğ olunur. Əmək münasibətlərinin elektron qeydiyyatı sahəsində Azərbaycanın təcrübəsi ayrı-ayrı ölkələr tərəfindən də öyrənilir. Cəmiyyətdə maraqla qarşılanan bu sistemə təkcə cari ilin ilk rübündə 657,4 mindən çox müraciət qeydə alınıb. Ötən ilin avqust ayında istifadəyə verilən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti isə belə hadisələr barədə işəgötürənlər tərəfindən Xidmətə məlumat verilməsi prosesinin online rejimdə, daha rahat və operativ şəkildə həyata keçirilməsinə səbəb olub.
Aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrindən də bəhs edən F.Əlizadə həmçinin ölkəmizdə sosial tərəfdaşların əməyin mühafizəsi sahəsində birgə fəaliyyətini, müvafiq sahədə fəaliyyətin əlaqələndirilməsi üçün üçtərəfli milli sosial şuranın yaradıldığını qeyd edib. Xidmət rəisi 2016-cı ilin sentyabr ayında Azərbaycanda yaradılan Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyət istiqamətləri sırasına əməyin mühafizəsinə dair məsələlərin də daxil olduğunu bildirib.
Çıxışda səsləndirilən məlumatlar, o cümlədən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi barədə qeyd edilənlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. F.Əlizadə tədbir iştirakçılarının suallarını da cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info