“İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəricisidir”
Tarix: 12.04.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Ölkəmizdə İslam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir. Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin əsas göstəricisindən biridir. Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.
S.Novruzov bildirib ki, bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir:
"Bir sıra ölkələr insan hüquqlarını kənara qoyaraq, maddi maraqlara üstünlük verərək bu addımları atırlar. Artıq həmin ölkələrdə dövlət siyasəti belə formalaşıb. Belə bir anda kiçik Azərbaycan böyük addım ataraq 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etdi. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında bir sıra müsəlman ölkələrinin idmançıları bir-birilərinin əlini sıxacaqlar. Müsəlman ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birilərinin əlini sıxmalıdır. İslam həmrəyliyinin simvolu su götürülüb ki, bunun da böyük mənası var. Su - müsəlman ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info