Putin İdlibdəki kimyəvi hücumun əsas versiyalarını açıqlayıb
Tarix: 12.04.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


“Suriyanın İdlib əyalətində baş vermiş kimyəvi hücumla bağlı iki əsas versiya var”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində deyib. 
 
"Burada bir neçə versiya mümkündür. Onlardan ikisini əsas versiya hesab edirəm. Birinci versiya, Suriya aviasiyasının raketlərinin terrorçuların zəhərləyici maddələrin istehsalı ilə bağlı yeraltı sexlərinə düşməsidir. Bu, mümkündür. Ona görə ki, terrorçular dəfələrlə bu zəhərli maddələrdən istifadə ediblər. İraqda terrorçular beynəlxalq koalisiyaya və İraq ordusuna qarşı da bu vasitələrdən istifadə ediblər. Lakin heç kəs bunu görmək istəmir, bu məsələ ilə bağlı səs-küy salmır. Baxmayaraq ki, hər kəs terrorçuların zəhərli maddələri tətbiq etdikləri ilə bağlı razılaşıb. Demək, onlarda zəhərli maddələr var. Əgər İraqdakı terrorçularda varsa, niyə Suriyada ola bilməz? Onlar ki, bir bandanın üzvləridir”, - deyə o vurğulayıb.  
 
İkinci versiyaya gəldikdə isə Putin bunu qurama, təxribat adlandırıb: “Bunu qəsdən ediblər ki, səs-küy qaldırsınlar, Suriyanın qanuni hakimiyyətinə qarşı əlavə təzyiq göstərmək üçün bəhanə yaratsınlar. Bütün bunlar yoxlanılmalıdır. Yoxlanılmadan Suriyanın rəsmi hakimiyyətinə qarşı hansısa addımların atılmasını mümkün hesab etmirik". 
 
Moskvanın Suriya hakimiyyətinə qarşı hansısa addım atmayacağını deyən Putin rəsmi Dəməşqin kimyəvi silahların ləğvinə dair bütün öhdəlikləri yerinə yetirdiyini bildirib: "Əgər şübhə varsa, yoxlama aparmaq olar". 




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info