“Tramp administrasiyasının real niyyətini anlamaq istəyirik”
Tarix: 12.04.2017 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Reks Tillersonla görüşü keçirilib. Görüşün yalnız protokol hissəsi mediaya açıq olub. Lavrov ABŞ dövlət katibi ilə görüşdə beynəlxalq məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyini söyləyib. Rusiya XİN başçısı ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahatlığını bir daha dilə gətirib: "Ümid edirik ki, bu cür hallar bir daha təkrarlanmayacaq. Hesab edirəm ki, səfəriniz mühüm əhəmiyyət daşıyır. Moskva üçün Tramp administrasiyasının real niyyətini anlamaq olduqca vacibdir". Lavrov Rusiyanın hər zaman dialoq tərəfdarı olduğunu vurğulayıb: "Biz hər zaman kollektiv fəaliyyətin tərəfdarıyıq. Mövqeyimiz dəfələrlə amerikalı həmkarlarımızın diqqətinə çatdırılıb. Bizim üçün sizin mövqeyinizi, ABŞ-ın mövqeyini, administrasiyanızın real niyyətini anlamaq vacibdir. Ümid edirik ki, bu gün bu yolda irəliyə gedəcəyik".
Tillerson isə rəsmi Vaşinqtonun Rusiya ilə əlaqələrin saxlanılmasında maraqlı olduğunu söyləyib: "Biz sizinlə tez-tez telefon əlaqələri saxlayırıq. Vaşinqton bu xəttin açıq qalmasının tərəfdarıdır. Bu görüş bizim üçün olduqca vacib bir vaxtda keçirilir. Mövqelərimizi bir-birimizə izah etməyə çalışırıq. Məqsədimiz və vəzifəmiz ümumidir. Taktiki yanaşmalarımızın fərqli olmasına baxmayaraq maraqlarımız üst-üstə düşür. Ümid edirəm ki, bu görüş ölkələrimiz arasındakı münasibətləri müsbət istiqamətdə aparmaq üçün açıq dialoqa kömək edəcək". Qeyd edək ki, Lavrov-Tillerson görüşündə Suriya münaqişəsi, Ukrayna və Şimali Koreya problemləri, o cümlədən Rusiya-ABŞ ikitərəfli münasibətləri müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info