“Mədəniyyətlərarası dialoqun genişləndirilməsində Azərbaycanın xüsusi rolu var”
Tarix: 13.04.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Davor İvo Stier ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, D.İ.Stier dövlətlər arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının məmnunluq doğurduğunu, xüsusilə enerji sektorunda əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. D.İ.Stier, həmçinin mədəniyyətlərarası dialoqun genişləndirilməsində Azərbaycanın rolunu xüsusi qiymətləndirib.
Enerji sahəsində əməkdaşlığa toxunan Elmar Məmmədyarov TAP layihəsi barədə yeniliklərlə bağlı məlumat verib. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirən E.Məmmədyarov bu xüsusda dəniz gəmiçiliyi, gəmi quraşdırma, eləcə də dərman istehsalı sahəsində əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı ola biləcəyini vurğulayıb. Azərbaycanın xarici işlər naziri 2017-ci il mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Xorvatiyadan olan nümayəndələrin iştirakına ümidvar olduğunu bildirib.
Elmar Məmmədyarov Xorvatiya hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info