Merkel “oyundankənar” vəziyyətdə qalmaq istəmir
Tarix: 13.04.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Spiegel”:“Trampın Putinlə gizli razılaşmasından ehtiyatlanan Merkel Moskvaya səfərə hazırlaşır”

Ukrayna və Suriya məsələlərini müzakirə etmək üçün Moskvaya səfərə hazırlaşan Almaniya kansleri Anqela Merkelin mövqeyində kəskin dəyişikliklər yaranıb.
Bu barədə “Spiegel” nəşri məlumat yayıb. Merkelin Moskva səfəri mayın 2-nə planlaşdırılıb. Səfərin başlıca məqsədlərindən biri iyulda Hamburqda keçiriləcək “G20” ölkələrinin zirvə toplantısı ilə bağlı Kremllə müəyyən məsələləri razılaşdırmaqdır. “Spiegel”in məlumatına görə, almaniyalı diplomatlar Ukraynadakı son vəziyyəti olduqca təhlükəli vəziyyət kimi dəyərləndirirlər. Son aylarda Donbasdakı vəziyyət daha da pisləşib. Bununla yanaşı, ABŞ-da Donald Trampın prezident seçilməsi dünya siyasətindəki bütün kartları qarışdırıb. Belə ki, artıq 5 aydan artıqdır ki, hakimiyyətdə ola Tramp hələ də Rusiyaya qarşı hansı siyasəti həyata keçirəcəyinə qərar verməyib. “Spiegel”in yazdığına görə, vəziyyət partlayış həddinə çatsa da, kanslerin aparatında gözləntilər başqadır. Berlini qorxudan əsas məsələlərdən biri amerikalı prezidentin Avropadan yan keçərək, yəni, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparmasıdır. Bu, almaniyalı kanslerin nüfuzuna böyük zərbə olar. Trampın belə bir addımı Rusiyaya qarşı tətbiq edilmiş qadağaların əsas ideoloqu olan Merkelin siyasətinin dağılması deməkdir. “Lakin bu, baş vermədi. Əksinə, Vaşinqton Moskvaya qarşı təmkinli bir xətt seçdi”, deyə “Spiegel” yazır. Nəşr yazır ki, Rusiya ilə əlaqələrin araşdırılmasına görə ABŞ prezidentinin administrasiyası ona “müdafiə mövqeyində” dayanmağı məsləhət görüb. Bu isə hələ ki, ABŞ prezidentinə rusiyalı həmkarı ilə görüşə getmək imkanı vermir. Moskva da öz növbəsində Vaşinqtonda Rusiyaya qarşı hansı qüvvənin - dost, yoxsa düşmən qüvvənin qələbə çalacağı məqamı gözləyir. Alman nəşrinin təbirincə, bu “təhlükəli vakuum” yaradıb. “Spiegel” yazır ki, Merkel vəziyyətin son dərəcə ciddi olduğunu dərk edir. Üç həftə əvvəl Vaşinqtona - “amerikalıları oyuna qaytarmağa” gedən Merkel, indi də Moskva səfərinə hazırlaşır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info