“İslam Həmrəyliyi İli”elan edilməsi dünyaya böyük çağırışdır
Tarix: 13.04.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Allahşükür Paşazadə:
“Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq”
Mübariz Qurbanlı:
“İslam dünyasının inkişafını ləngitmək üçün məzhəblər arasında qarşıdurma yaradırlar”

Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları nadir dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.

“Ermənilər Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işlərinə təxribat məqsədilə əl atıblar”
Şeyxülislam deyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan A.Paşazadə deyib ki, bu, Azərbaycanın beynəlxalq nüfuzu üçün zəfərdir.
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan Prezidentinin sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, sülhü istəyən xalqımız ədaləti bərpa etməyə qadirdir: “Dövlət başçısının dəstəyi ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq”. Şeyxülislam Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına da münasibət bildirib. A. Paşazadə deyib ki, ermənilər bu işə təxribat məqsədilə əl atıblar. "Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur", - deyə Şeyxülislam vurğulayıb. A. Paşazadə qeyd edib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və bütün ermənilərin katolikosu II Qareginlə müzakirə olunacaq.

“İnsanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var”
Mübariz Qurbanlı çıxışında deyib ki, bu gün insanlıq qarşısında duran ən böyük məsələ dünyanı qorumaqdır. Hazırda dünya çox təhlükəli bir mərhələ yaşayır, dünyada çoxsaylı münaqişələr var, elə bizim regionda bir neçə münaqişə var, o cümlədən Azərbaycan erməni təcavüzünə məruz qalıb. M.Qurbanlı bildirib ki, 67 ölkənin ərazisində silahlı toqquşmalar baş verir: "Bunun nəticəsində 65 milyon insan öz yurdundan didərgin düşüb. Dünyada olan müharibə ocaqlarının böyük hissəsi də müsəlman ölkələrinin payına düşür. İslam dünyasının inkişafını ləngitmək üçün kənardan məzhəblər arasında qarşıdurma yaradırlar. Ona görə də islam həmrəyliyi bu gün çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin “İslam həmrəyliyi ili “elan etməsi İslam dünyasına böyük çağırış olmaqla, bizim gələcək inkişafımıza böyük dəstək verəcək". Komitə sədri qeyd edib ki, dünyada islamı terrora bağlamağa cəhd edirlər. Milli Məclisin sədr müavini Bahar Muradova konfransda çıxışı zamanı deyib ki, ərazi iddialarına, iqtisadi, hərbi maraqlara, etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir. İnsanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var. Azərbaycan bu çağırışların qarşısına İslam həmrəyliyinin, multikultural dəyərlərin təbliği, dini, etnik, milli dözümlülük, bir ərazini bölüşən müxtəlif xalqların və millətlərin nümayəndələrinə, onların mədəniyyətlərinə hörmətlə çıxır. Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır.
“Azərbaycan o ölkələrdəndir ki, onun milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin minilliklər ərzində formalaşmış münasibətlərinə, birgəyaşayış qaydalarına və onlar arasındakı harmoniyaya əsaslanır. Bu, bizə kənardan gəlmə, yad fikir deyil, bu, bizim həyat tərzimizdir, özümüzü ifadə formamızdır. Ona görə, Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca səslə multikultural dəyərlərə görə nümunə olan bir ölkə kimi, eyni zamanda, İslam həmrəyliyi mövzusunu, İslam həmrəyliyi çağırışını irəli sürə bilir”, - deyə Bahar Muradova qeyd edib. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışı zamanı qeyd edib ki, ölkəmizdə İslam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir. Bildirib ki, Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin əsas göstəricisindən biridir. S.Novruzovun sözlərinə görə, bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir: "Bir sıra ölkələr insan hüquqlarını kənara qoyaraq, maddi maraqlara üstünlük verərək bu addımları atırlar. Artıq həmin ölkələrdə dövlət siyasəti belə formalaşıb. Belə bir anda kiçik Azərbaycan böyük addım ataraq 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etdi. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında bir sıra müsəlman ölkələrinin idmançıları bir-birlərinin əlini sıxacaqlar. Müsəlman ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birlərinin əlini sıxmalıdır. İslam həmrəyliyinin simvolu su götürülüb ki, bunun da böyük mənası var. Su - müsəlman ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq". Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərindən, tolerant, multikultural mühitdən, habelə Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə "İslam Həmrəyliyi İli" elan etməsindən sonra görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info