“Cocuq Mərcanlı ilə bağlı görülən işlər Azərbaycan dövlətinin iradəsini nümayiş etdirir”
Tarix: 13.04.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“ATƏT-in Minsk qrupunun Ermənistana təzyiqinin daha da gücləndirməsinin vaxtı çoxdan çatıb”
Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişafın təmin olunması, sosial məsələlər və digər mövzulara toxunub ki, bunlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Ölkə başçısı öz nitqində bu mövzu üzərində xüsusi duraraq işğalçı ölkənin son dövrlərdə daha da fiaskoya uğrayan siyasət yürütdüyünü deyib.
Belə ki, Prezident çıxışında qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli cari ilin birinci rübündə də diqqət mərkəzində olub, Ermənistanın danışıqlar prosesini pozmaq cəhdləri isə baş tutmayıb. Vurğulanıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqi daha da gücləndirməli, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri icra olunmalıdır. Prezident, həmçinin xüsusi olaraq qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda qondarma “referendum” keçirməklə bir daha özünü biabır etdi. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu.
Ölkə başçısı çıxışında Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı məsələlərə də toxunub. Prezident bildirib ki, bu kəndin bərpası tarixi hadisədir. İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Cocuq Mərcanlıda yeni qəsəbə salınır, ilkin mərhələdə 50 ev tikilir, yeni yol salınır, məscid inşa olunur. Sonrakı mərhələdə daha 150 evin tikintisi nəzərdə tutulur. Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir.
Politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında bir sıra vacib siyasi məsələlərə xüsusi bir şəkildə toxunmasını Ermənistan tərəfi üçün bir çağırış, mesaj olduğunu düşünür. O, artıq ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana təzyiqinin daha da gücləndirməsinin vaxtının çoxdan çatdığını bildirdi: “Bəli, bu gün dünyada çox təhlükəli bir tendensiya davam edir. Beynəlxalq təşkilatlar ikili standartlarla hərəkət edirlər, işğal faktorları isə adi qəbul edilməyə başlanıb. Amma Dağlıq Qarabağ münaqişəsi ötən ilin aprelində baş verən məlum toqquşmalarla nəinki beynəlxalq təşkilatlar, bütün dünya üçün həyəcan təbili çaldı ki, mən unudulmamışam, Azərbaycan hər an öz torpaqlarını işğaldan müharibə yoluyla azad edə bilər. Bu mənada artıq ATƏT-in Minsk qrupu hazırda torpaqları işğalda saxlayan tərəfə- Ermənistana təzyiqləri artırmalıdır. Konkret olaraq bir müddət öncə işğal olunmuş ərazilərdə referendumun keçirilməsi məsələsinə gəldikdə isə, bu cür addımlar daim fiaskoya uğrayacaq. Çünki təcrübə göstərir ki, işğal olunmuş ərazilərdə hər hansı seçkinin keçirilməsi heç vaxt uğurlu nəticə verməyib. Bu referendumu da heç bir ciddi beynəlxalq təşkilat saya salmadı, əksinə, bəziləri bunu pislədilər, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər”.
Siyasi şərhçi deyir ki, Azərbaycan Dağlıq Qarabağla bağlı xarici siyasətində uğurlu addımlar atmaqla yanaşı, bir sıra sosial, iqtisadi məsələləri də nümayişkaranə şəkildə həyata keçirir. Buna misal olaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsini, yeni qəsəbələr salınmasını göstərmək olar. Xüsusən də, ermənilərin daim atəş altında saxladığı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən işlər qarşı tərəfə bir siyasi mesaj kimi qəbul edilməlidir: “Bu, Azərbaycan dövlətinin iradəsini, xalqın əzmkarlığını nümayiş etdirir. Yəni sanki görülən işlər ortaya belə fikri qoyur ki, biz öz torpaqlarımızdan heç vaxt imtina edən deyilik. Azərbaycan işğaldan azad etdiyi torpaqları sürətlə məskunlaşdıracaq, uzun illərdir öz dədə-baba torpaqlarından uzaq düşən insanları həmin ərazilərə köçürəcək. Məskunlaşma başa çatdıqdan sonra bu, tarixi bir hadisə olacaq. Həmçinin belə siyasi davranışlar-məskunlaşmanın sürətlə aparılması ermənilər üçün də misli görünməmiş hadisə sayılacaq. Yəni buradan belə nəticə çıxacaq ki, Ermənistanda, həqiqətən, də rəsmi rəqəmlərdə səsləndiyi kimi, miqrasiya prosesləri çox güclü gedir və onlar Dağlıq Qarabağda yerləşdirməyə adam tapa bilmirlər. Əksinə, ermənilər öz vətənlərindən qaçaraq başqa ölkələrə miqrasiya edirlər. Azərbaycan isə öz torpaqlarını azad etdikcə öz torpaqlarından istifadə etməklə fəal surətdə məskunlaşmanı davam etdirir. Geriyə qayıdış proseslərində xalq da aktiv iştirak edir. Bütün bu proseslər Ermənistan hakimiyyətinin də nə qədər uğursuz bir siyasət yürütməsinin bariz nümunəsidir. Vaxtında danışıqlar masasına haqsız iddialarla oturmayıb problemin həllinə çalışsaydılar, indi belə mənzərə yaranmazdı. Düşünürəm ki, bundan sonra qarşıdakı illərdə danışıqlar uzansa, uğurlu nəticələr olmasa və düşmən tərəfi hansısa təxribatlara əl atsa, Azərbaycan yenə də buna kəskin cavab verərək torpaqlarının bir qismini geri alacaq. Təbii ki, sonrakı prosesləri siz də təsəvvür edirsiniz-yenidənqurma, geri dönüş, bərpa işləri və bir tərəfdə inkişaf edən xalq, digər tərəfdə səfil vəziyyətə düşən məğlub ermənilər!”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info