Reyqanın oğlu Azərbaycana gələcək
Tarix: 18.04.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Cənubi Qafqaz Forumu çərçivəsində Dünya Azərbaycanlı Gənclər Birliyinin "Gələcəyin liderləri" mövzusunda keçirəcəyi panel iclasında iştirak etmək üçün ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan Azərbaycana səfər edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, panel iclasda sabiq ABŞ prezidenti Corc Buşun nəvəsi Corc P. Buş, Robert F. Kennedinin oğlu Con Kennedi II, BMT Baş Katibinin xüsusi müşaviri, xanım Nafis Sadik, Böyük Britaniya Kral Akademiyasının ilk və yeganə qadın rəhbəri Baronessa Suzan Qrinfild və Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edəcəklər. Panel iclasın moderatorluğunu Dünya Bankının sabiq 1-ci vitse prezidenti İsmayıl Seragəldin edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 50-dən çox sabiq ölkə və hökumət başçısını bir araya toplayacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info