ƏƏSMN-in elektron xidmətlərindən 2 milyon 606 min 638 dəfə istifadə edilib
Tarix: 13.04.2017 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar bu sahələrdə elektron texnologiyaların geniş şəkildə tətbiqinə, əhalinin əmək və sosial müdafiə sahələri üzrə elektron müstəvidə xidmətlərlə təmin olunmasına şərait yaradıb.
Hazırda nazirliyin əhali üçün aktual olan iş sahələrində 30-a yaxın e-xidmət vətəndaşların istifadəsindədir. Geniş istifadəçi kontingenti ilə seçilən bu e-xidmətlərdən vətəndaşlar təkcə cari ilin yanvar-mart aylarında 2 milyon 606 min 638 dəfə faydalanıblar.
Mütərəqqi innovasiyalar əsasında əmək və sosial müdafiə sahələrində idarəetmə sisteminin səmərəli təşkili təmin olunmaqla bərabər, avtomatlaşdırılmış infrastruktur üzərində təqdim olunan e-xidmətlər həmin sahələrlə bağlı xidmətlərin vətəndaşlar üçün rahatlığına və əlçatanlığına, əhalinin bu xidmətlərdən online rejimdə tam şəffaf şəraitdə faydalanmasına imkan verib. Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron nailiyyətləri BMT, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası və digər mötəbər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib. Bu sahədə ölkəmizlə təcrübə mübadiləsi aparmağa maraq göstərən ölkələrin sayı getdikcə artır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən vətəndaşlara online rejimdə, rahat və şəffaf şəraitdə istifadə imkanlarının yaradılması işlərinin davamı kimi, bu günlərdə növbəti yenilik olaraq fərdi uçot əsaslı vahid rüblük hesabat alt sistemi də işə salınıb. Bu yeni sistem sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsinə, hesabatların təqdim olunması prosesinin daha da sadələşdirilməsinə imkan verib.  Sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir.
   Rüblük hesabatların sığortaedənlər tərəfindən elektron sənəd formasında elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir. Bununla yanaşı, çoxsaylı müraciətləri nəzərə alaraq işəgötürən qismində çıxış etməyən, yəni işçisi olmayan sığortaedənlərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün Elektron hökumət portalının istifadəçi adı və şifrədən istifadə etmək imkanları verilmişdir. Əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlər ölkədə “Elektron hökumət” portalının əhatə dairəsinin də əhəmiyyətli şəkildə genişlənməsinə səbəb olub. Cari ilin birinci rübü ərzində portala müraciətlərin (4 milyon 949 min 911 müraciət) yarıdan çoxu və ya 52,6 faizi məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin payına düşüb.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info