Ruslan Şevçenko Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Tarix: 13.04.2017 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Moldovalı politoloq, Effektiv Siyasət İnstitutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.
 
Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
 
“Müharibənin nəticəsi həmişə fəlakət və məhv olur. Bu səbəbdən hesab edirəm ki, çox tez bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. İki xalq əsrlər boyu sülh içində yaşayıb. Lakin münaqişənin həll olunmaması nəticəsində bu xalqların bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb və bu böyük bir fəlakətdir. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu sülhə nail olacağıq. Yuxarıda qeyd olunan səbəblərə görə, bu sülh təşəbbüsünə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Azərbaycan üçün ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır
15.07.2019
Mühacirlərlə ənənəvi müxalifətin mövqe savaşı davam edir
15.07.2019
Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib
15.07.2019
Səfir: Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi
15.07.2019
Bəhruz Həsənov: FETÖ terror təşkilatının Azərbaycandakı bütün dayaqları sarsıdılıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info