“Alpaqutu milli idman növü olaraq dünyaya təqdim edirik”
Tarix: 13.04.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Tanınmış təhsil işçisinə Azərbaycan Alpaqut Federasiyasında vəzifə verildi “Alpaqut döyüş sənətinin inkişafı istiqamətində bütün gücümlə çalışacağam və mənə göstərilən etimadı doğruldacağam”. Bu sözləri Azərbaycan Alpaqut Federasiyasına yeni təyin olunmuş ictimai-təşkilati məsələlər üzrə departament rəhbəri vəzifəsinə təyin olunan Nuranə Şıxəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illər Alpaqut idman növü ölkəmizdə inkişaf edir: “Bu idman növünün tanınması və inkişafı istiqamətində bütün gücümlə çalışacağam. Bu, milli idman növüdür”. N.Şixəliyeva ölkədə qadınların sosial və siyasi həyatda fəallaşmasının sevindirici hal olduğunu bildirib: “Bu gün Azərbaycan qadınları ölkənin siyasi-ictimai və mədəni-sosial həyatında fəallaşmaları dövlətçiliyimizin güclənməsi nöqteyi-nəzərindəndə dəyərləndirilməlidir. Onlar beynəlxalq arenada Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayırlar. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolu var. Mehriban xanımın siyasi-ictimai həyatda fəallığı Azərbaycan qadınlarına böyük stimul verir”. N.Şıxəliyeva əlavə edib ki, idman prioritet sahədir və Prezident İlham Əliyev hər zaman bu sahəyə diqqət və qayğı göstərib: “Məlumdur ki, idman ölkənin tanıdılması üçün əvəzsiz rola malikdir. Bu səbəbdən də Azərbaycan idmanının daha da irəliyə getməsi vacibdir. Biz Alpaqut idman növünü milli idman növü olaraq dünyaya təqdim edirik. Mən daha ciddi fəaliyyət göstərməklə bu idman növünün dünyada daha çox tanınması üçün əlimdən gələni edəcəyəm. Bilirsiniz ki, gender bərabərliyi məsələsi uzun illərdir ki, ölkə gündəmində aktual mövzu kimi müzakirə olunur. Amma son illər bu problem arxada qalıb. Artıq qadınlar da bütün sahələrdə əhəmiyyətli mövqeyə gəliblər. Bu müsbət tendensiya idmanda da özünü göstərir. Hesab edirəm ki, qadınlarımız idman sahəsində də öz sözünü deyəcəklər”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info