Kriştiano Ronaldo futbol tarixində ilkə imza atıb
Tarix: 13.04.2017 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində ötən gün “Bavariya” komandasına vurduğu iki qolla futbol tarixində ilkə imza atıb.
AZƏRTAC xəbər verir ki, K.Ronaldo avrokuboklarda 100 qol vuran ilk futbolçu olub. Ulduz futbolçu bu uğura 147 oyunda nail olub.
Portuqaliyalı futbolçu qitənin klub turnirlərində ilk dəfə 2005-ci il avqustun 9-da “Mançester Yunayted” komandasının “Debretsen”ə 3:0 hesabı ilə qalib gəldiyi matçda debüt edib. Həmin qolu vurduğu gündən 11 il 8 ay sonra 100-cü dəfə fərqlənib. O, 50-ci qolunu dörd il əvvəl “Qalatasaray”ın qapısından keçirib.
K.Ronaldonun bu göstərici üzrə ən yaxın izləyicisi Lionel Messidir. Messi avrokuboklarda keçirdiyi 118 matçda 97 qol vurub. İki il əvvəl futbolla vidalaşan Raul Qonzales isə 158 matçda 76 dəfə fərqlənib.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info