Gürcüstanda Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib
Tarix: 13.04.2017 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Gürcüstanda Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə hazırladığı və Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib. Qonşu ölkənin soydaşlarımızın kompakt məskunlaşdıqları Marneuli rayonunda düzənlənmiş mərasimdə MŞ sədri, Milli Məclisini deputatı Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həzənov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantını Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva tədbiri açıb. Ə.Amaşov çıxışında Azərbaycan və Gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən söz açıb. O bildirib ki, hər iki xalqı ortaq dəyərlər birləşdirdiyi kimi ortaq talelər də birləşdirir. Bu baxımdan işğal amilini qabardan deputat hazırkı status-kvonun tezliklə aradan qalxacağına, haqq-ədalətin öz yerini tutacağına əminliyini vurğulayıb. Ə.Amaşov həmçinin bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filmi Milli Qəhrəman Murad Mirzəyevin şücaəti timsalında tarixə “4 günlük müharibə” kimi düşən savaşda Azərbaycan Ordusunun qüdrətindən söhbət açılır.  
Ə.Amaşovun çıxışından sonra sənədli filmin nümayişinə keçid alınıb. Filmdə Milli Qəhrəman Murad Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunub. Həmçinin M.Mirzəyevin 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı-ayrı aspektləri də filmin sujet xəttini təşkil edib. 

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani və Ruslan Hacıyev, habelə Agsaqqallar Şurasının sədri İsaq Novruzov, bələdiyyə sədri Nəbi Abdullayev, gənclərdən Elşən Çobanov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanlıgından danışıblar. Toplantıda onların əziz xatirəsinin daim ürəklərdə yaşayacağına, torpaqlarımızın tezliklə işgaldan azad olunacagına əminlik ifadə olunmaqla yanaşı bildirilib ki, hərbi vətənpərvərlik ruhunda filmlərin nümayişi gənclərin mənəvi sağlamlığına böyük təkan verir.

Qeyd edək ki, “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən olan 32 dəqiqəlik “Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli filminin baş məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Ekran işinin müəllifi isə rejissor və ssenarist Bəxtiyar Qaracadır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info