Tramp NATO-nu artıq köhnəlmiş təşkilat hesab etmir
Tarix: 13.04.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti seçkiqabağı kampaniyanın gedişində dəfələrlə “köhnəlmiş” və “effektsiz” təşkilat adlandırdığı Şimali Atlantika bloku barədə fikrini dəyişib. Bunu Donald Tramp Vaşınqtonda NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra bildirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ prezidenti mətbuat konfransında, həmçinin Suriyada Şayrat aviabazasına raket zərbəsi endirmək qərarını dəstəklədiyi üçün alyans üzvlərinə təşəkkür edib.
“Biz Baş katiblə NATO-nun terrorla mübarizədə nə edə biləcəyi barədə məhsuldar müzakirə apardıq. Mənim narazılıq bildirdiyim məsələlər dəyişib və indi terrorla mübarizə aparılır. NATO-nun köhnəldiyini demişdim. O, artıq köhnəlməyib. Lakin bizim ümumi problemlərimiz qarşısında NATO üzvlərinin maliyyə öhdəliklərini yerinə yetirmələrini və borclu olduqları vəsaiti ödəmələrini təmin etməliyik. Onların çoxu bunu etmirdi”, - deyə Donald Tramp qeyd edib.
Yens Stoltenberq NATO-nun Rusiyanın sərhədlərində fəaliyyətini “müdafiə yönümlü” adlandırıb. Onun sözlərinə görə, alyans şərq cəbhəsində qüvvələrini artırmalıdır, lakin yeni soyuq müharibəyə və silahlanma yarışına yol vermək olmaz.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info