Mihaela İanku hamını Bakı Şopinq Festivalına dəvət edir
Tarix: 13.04.2017 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Rumıniyanın Azərbaycandakı səfiri Dan İankunun xanımı, eyni zamanda səfirlikdə diplomat kimi çalışan Mihaela İanku sosial şəbəkədə Bakı Şopinq Festivalı ilə bağlı məlumat paylaşaraq, rəfiqələrini alış-verişdə fəal iştirak etməyə çağırıb. “The one-month-long tax-free Shopping Festival has started in Baku! Girls, get ready” (“Bakıda bir ay davam edəcək, vergi güzəştləri olacaq şopinq festival başladı. Xanımlar, hazırlaşın!”), - deyə səfirin xanımı özünün “Facebook” səhifəsində yazıb.
AZƏRTAC-a müsahibəsində xanım M.İanku bildirib ki, festivalı çox maraqlı bir təşəbbüs hesab edir. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə təşkil olunmasına rəğmən, festival çərçivəsində çoxlu sayda mədəni tədbirlərin, tarixi yerlərə səfərlərin təşkil olunması qürurvericidir. Xanım Mihaela İanku deyib ki, şəxsən onu festival çərçivəsində “tax-free” və bu kimi digər güzəştlərin olması cəlb edir. Artıq bir neçə mağazada alış-veriş etdiyini deyən diplomat xanım mal çeşidini və qiymətləri bəyəndiyini, bütün dostlarına və rəfiqələrinə festival boyunca yaradılan imkanlardan istifadə etməyi məsləhət gördüyünü bildirib.
Xanım Mihaela İankunun fikrincə, bu festivalın mütəmadi keçirilməsi, həm də, “Made in Azerbaijan” brendi altında satılan mal və məhsulların daha geniş alıcı kütləsinə çatmasına imkan verəcək.
“Bu festival Azərbaycana öz mədəniyyətini, mətbəxini, gözəl adətlərini və qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirmək üçün yaxşı imkan yaradır”, - deyə xanım M.İanku qeyd edib.
Rumıniya səfirinin xanımı festivalın təşkilatçılarına uğur arzu edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info