Petr Svitalski: “Ermənistanda siyasi korrupsiya sistemli hal alıb”
Tarix: 13.04.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) narahat edir.
Aİ-nin Ermənistandakı səfiri Petr Svitalskinin bu açıqlaması işğalçı ölkədə böyük əks-səda doğurub.
Ermənistanda siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan Petr Svitalski deyib: “Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu, bizi narahat edir. Ona görə, bunu səsvermə korrupsiyası adlandırırıq. Seçkidə alış-veriş yolverilməzdir. Beynəlxalq müşahidəçilər də bizimlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, belə hallar seçki prosesinə kölgə salır. Mən obyektiv olacağam, bu cür neqativ hadisələrə göz yummayacağıq”.
Səfir seçki prosesindəki texniki çatışmazlıqlardan da danışaraq bildirib ki, məhz bu hallar saxtakarlığa münbit şərait yaradıb. Seçki məntəqələrinin böyük hissəsində müşahidə kameraları işləməyib. Halbuki Avropa İttifaqı baş verə biləcək texniki problemlərin aradan qaldırılması üçün Ermənistana 7 milyon avro yardım edib.
Səfirin bu açıqlaması Ermənistan mətbuatında əks-səda yaradıb. Avropa İttifaqının ölkədəki seçki prosesinə münasibəti xüsusən də müxalif qüvvələri ruhlandırıb. Çünki seçkiyə sülh mesajı ilə qoşulan blokların heç biri parlamentə buraxılmadı.
Ermənistan Milli Konqresinin sədri, sabiq prezident Levon Ter-Petrosyan bildirib ki, bundan sonra ölkədə hər hansı ciddi ictimai-siyasi dəyişiklik gözləməyə dəyməz. Sarkisyanın qüvvələri hiylə yolu ilə hakimiyyətdə qaldı. Sabiq prezident onu da deyib ki, ölkə əhalisi kriminal avtoritetlərin əlində girova çevrilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info