“Molla Pənah Vaqif” kitabının təqdimatı olub
Tarix: 13.04.2017 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Aprelin 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Molla Pənah Vaqif” kitabının və kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondunun Milli Kitabxana ilə birgə nəşr etdiyi kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərovdur.
Yeni nəşr “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında hazırlanıb.
Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli Azərbaycan şairi M.P.Vaqifin zəngin yaradıcılığından söz açıb. Bildirilib ki, böyük şair yaradıcılığı ölkəmizlə yanaşı, bir sıra türkdilli dövlətlərdə də tədqiq edilir.
2017-ci ilin TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan olunduğunu qeyd edən natiq “Molla Pənah Vaqif ili”nin açılış mərasimlərinin Türkiyənin Ankara və Sakarya şəhərlərində keçirildiyini söyləyib.
Yubiley tədbirlərinin türkdilli ölkələrdə də qeyd edildiyini deyən K.Tahirov deyib ki, bütün bunlar Azərbaycan ədəbiyyatı tarixində qüdrətli söz ustası kimi tanınan şairin yaradıcılığındakı humanist dəyərlərə verilən qiymətin təzahürüdür. Natiq şairin həyatını və yaradıcılığını daha müfəssəl anlamaq üçün sözügedən kitabın oxuculara yardımçı olacağını vurğulayıb.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək böyük söz ustasının yaradıcılığından bəhs edib. Şairin şeriyyətinin, ümumilikdə ədəbi irsinin böyük mənada tədqiq olduğunu diqqətə çatdıran nazir müavini vurğulayıb ki, yeni nəşrin ərsəyə gəlməsi ölkə başçısının söz adamlarına, bütövlükdə ədəbiyyatımıza diqqətinin göstəricisidir.
“Molla Pənah Vaqif” kitabının gənc nəsil, xüsusən də şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyən hər kəs üçün əhəmiyyətli olacağını söyləyən nazir müavini bildirib ki, M.P.Vaqif yaradıcılığında baş vermiş bütün hadisələrə real gözlə baxılır.
Qeyd olunub ki, şairin klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət edir. Azərbaycan tarixinə siyasi xadim kimi daxil olan Vaqif, hər zaman taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib.
Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edən V.Əliyev belə nəşrlərin artırılmasının vacibliyini vurğulayıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Vaqif yaradıcılığı daim tədqiqat obyektinə çevrilərək, əsərləri kütləvi tirajla nəşr edilib. Qeyd olunub ki, Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir. “Vaqif yaradıcılığı Azərbaycan poeziyasında yeni bir mərhələnin başlanğıcıdır. Vaqif müxtəlif elmləri, xüsusən astronomiya elmini də çox gözəl bilirdi. Mənim üçün Vaqif yaradıcılığı ilə tanışlıq məktəbdə oxuduğum ilk illərindən başlayıb. İlk dəfə onun “Durnalar” şeirini öyrəndik və Mola Vəli Vidadinin eyniadlı şeiri ilə müqayisə etdik. İllər sonra o şeirləri mənim oğlum öyrənirdi. Sonra onlar yuxarı siniflərdə Səməd Vurğunun “Vaqif” poemasında Vaqifin dili ilə deyilən şeirləri əzbərlədi. Hətta məktəbdə bir tədbirdə də o, Vaqif obrazını canlandırdı. Bunu ona görə deyirəm ki, nəsillərdən-nəsillərə biz bunu ötürə biliriksə özümüzü və eyni zamanda cəmiyyəti, ətraf mühiti zənginləşdiririk”,- deyə G.Əfəndiyeva vurğulayıb.
G. Əfəndiyeva qeyd edib ki, hələ 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərəsinin açılışı olub. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdiyini söyləyən natiq “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamın bu qəbildən olduğunu deyib.
Diqqətə çatdırılıb ki, bununla bağlı ölkəmizlə yanaşı, bütün türkdilli ölkələrdə tədbirlər keçirilir, UNESCO da bunu öz proqram siyahısına daxil edib.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov “Vaqif ili” çərçivəsində türkdilli ölkələrdə və TÜRKSOY-da keçiriləcək tədbirlərdən, rəhbəri olduğu qurumun dəstəyi ilə çap olunacaq “Molla Pənah Vaqifin 9 şeiri” kitabında şairin şeirlərinin türk xalqının dillərinə tərcümə olunaraq çap ediləcəyindən danışıb.
Tədbirdə digər çıxış edənlər böyük Azərbaycan şairinin həyat və yaradıcılığından, kitabın məziyyətlərindən söz açıblar.
Kitabın giriş, “Ön söz” və 3 bölmədən ibarət olduğunu söyləyərək nəşrin sonunda ingilis dilində xülasənin verilməsini təqdirəlayiq hesab ediblər.
Sonra kitabın müəllifi Nizami Cəfərov çıxış edərək iştirak edən hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda dahi söz ustasının həyat yolundan söhbət açılır, yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan kitab, eyni zamanda bir sıra yeni ideyaları ilə seçilir.
Sonda qonaqlar “Molla Pənah Vaqif -300” adlı kitab sərgisinə baxıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info