İstehsalat qəzalarından necə sığortalanmaq olar?
Tarix: 13.04.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


İş yerlərində təhlükəsiz iş şəraiti yaratmaq ən vacib amillərdən biridir. Bu məsələ diqqətdə olmayanda iş yerlərində, əsasən də tikintidə qəza halları daha çox baş verir. Bəs istehsalatda baş verən qəzaların qarşısını necə almaq olar? İstehsalat qəzalarından necə sığortalanmaq olar? Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bizimlə söhbətində bildirdi ki, bu cür hadisələrdən qorunmaq üçün iş yerlərində təhlükəsiz iş şəraiti yaratmaq, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına və digər təhlükəszilik normalarına əməl olunmasına nəzarət etmək lazımdır. Onun sözlərinə görə, bizim ölkəmizdə baş verən qəzaların faizinin tikinti sektorunda çoxluq təşkil etdiyini nəzərə alaraq “Tikintidə hansı təhlükəsizlik qaydalarına əməl edək“ sualına qısa da olsa aydınlıq gətirmək lazımdır: "Hardan başlamaq lazımdır? Birinci işə götürərkən işçi ilə əmək müqaviləsi bağlamaq və sığortalamaq. İkinci iş yerində təhlükəsiz iş şəraiti yaratmaqla təhlükə potensialı riskini aşağı salmaq. Üçüncü işçi işə qəbul olunduğu andan istehsalat yerinə daxil olmamışdan qabaq ona “giriş təlimatı “ verilməli, iş yerində işə başlamamışdan qabaq isə sahə rəhbəri tərəfindən “ilkin təlimat" verilir və sonra işə başlamaq. Dördüncü işçiləri (iş sahəsində asılı olaraq ) xüsusi geyim, ayaqqabı, dəbilqə, eynək, qoruyucu kəmər, əlcək və s. fərdi mühafizə vasitələri ilə təmin etmək. Beşinci tikinti sektorunda əsəs bədbəxt hadisələr yıxılmalar, uçqun, avadanlıqlardan düzgün istifadə etməməklə baş verdiyini nəzərə alsaq hündürlükdə işləyən zaman qoruyucu kəmərdən istifadə etməsini, tikinti ərazisində texnikalarnan işləyən zaman təhlükəsizlik qaydalarına riayət etməyi, yük qaldırıcı kranların və digər ağır texnikalar işləyən zaman altından və arxasından keçməmək, yeni alınmış yaxud istifadədə olan avadanlıqlara icazəsi olmayan şəxslərin toxunmamasını təmin etmək, hündürlüyü 7 metrdən çox olan binaların xarici divarları hörülərkən yerdən 6 metr hündürlükdə qoruyucu sipərlər qurulmalı və iş bitənə qədər saxlanılmalıdır. Divarın üstündən divar hörmək, mərtəbəarası döşəmə və tavanların konstruksiyaların, pilləkən qəfəsləri və marşları qurraşdırılmamış növbəti mərtəbəni mərtəbənin divarlarını hörməyə yol verilmir və digər təhlükəli və zərərli faktorlar nəzərə alınmaqla işlər yerinə yetirilməlidir. Altıncı Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının “Hündürlükdə iş zamanı təhlükəsizlik qaydaları “ tələblərinə riayət etmək. Ona görə çalışmaq lazımdır ki, bu cür qəzalar ən aşağı səviyyəyə salınsın həm insanların həyatı qorunsun (burada işçilər də maraqlı olmalıdırlar ) həm də ölkə iqtisadiyyatına zərər dəyməsin".

Ekspert onu da əlavə etdi ki, bu cür qəzaların qarşısının alınması üçün  istehsalat qəzaları nəticəsində, həmçinin sağlam iş şəraitinin, təhlükəsiz iş şəraitinin təşkil edilməməsindən yaranan bədbəxt hadisələr zamanı insanlar müxtəlif dərəcəli bədən xəsarəti alırlar və nəticədə peşə xəstəliklərinə məruz qalırlar: "Araşdırmalar onu göstərir ki, hər il ölkədə 200 –dən artıq istehsalat qəzasi baş verir ki bunun da 70 –dən çoxu ölümlə, 100 –dən çox müxtəlif bədən xəsarəti ilə nəticələnir. Ümumiyyətlə, istehsalat qəzaları bütün dünyada baş verir və hamı bununla mübarizə aparır. Beynəlxalq əmək təşkilatının məlumatında hər il dünyada istehsalatda 313 milyondan çox ölümlə nəticələnə bilən bədbəxt hadisə baş verir ki, bunun da 2.3 milyondan çoxu ölümlə nəticələnir. Bunun da nəticəsi olaraq 160 milyondan çox insan peşə xəstəliyində əziyyət çəkir. Nəzər salaq, dünyada baş vermiş istehsalat qəzalarına: Çində baş verən mədən qəzasında keçən il 74 nəfər, 1942- ci ildə isə 1500 –dən artıq insan həyatını itirib. Fransada, Yaponiyada baş vermiş mədən qəzalarnda 1000-dən çox insan həyatını itirib. ABŞ- da Pemberton fabrikinin çökməsi nəticəsində baş verən qəzada 150- yə yaxın insan həyatını itirib. Kanadada Halifaks limanında iki gəminin toqquşması nəticəsində 1800-dən çox insan həyatını itirib, 9000- ə yaxın insan xəsarət alıb (gəminin birində partlayıcı maddələr olub).  Türkiyədə baş verən “ Soma “ mədən qəzasında 300-dən artıq insan həyatını itirdi".

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info