Hollandiyada yaşayan Orduxan Teymurxanın ailə üzvləri Prezidentə müraciət ediblər
Tarix: 13.04.2017 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Bir müddətdir Hollandiyada yaşayan və özünü bloqer kimi qələmə verən Orduxan Teymurxanın ailə üzvləri və yaxın qohumları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. APA-nın məlumatına görə, müraciətdə bildirilir: “Ölkəmizdə yaşamayan və Azərbaycan vətəndaşlığı belə olmayan bir şəxsin respublikamız və onu tərəqqiyə və inkişafa doğru aparan hörmətli prezidentimizin ünvanına heç bir həqiqətə uyğun olmayan ifadələr işlədilməsini pisləyir və şiddətlə qınayırıq. Onun Azərbaycandan kənarda hansısa xarici qüvvələrin təsiri altında həyata keçirdiyi antiazərbaycan fəaliyyətini dövlətimizə və xalqımıza qarşı xəyanət kimi qiymətləndiririk. Hesab edirik ki, bu günə kimi həyatda heç bir nailiyyət əldə etməmiş, savadsız bir adamın Azərbaycan hakimiyyətinə iradlar bildirməsi yolverilməzdir”. Müraciət müəllifləri qeyd edirlər ki, onlar Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və daim dəstəkləməkdə davam edəcəklər: “Prezidentimizin yeritdiyi siyasətə və dövlətimizin qanunlarına qarşı çıxan bu şəxsə öz etirazımızı bildiririk”. Müraciəti Orduxan Teymurxanın qardaşı Bəbir Bəbirov, bacıları Rübabə Zeynalova, Sədaqət Ağayeva, Südabə Əliyeva, həmçinin yaxın qohumları Səbuhi Zeynalov, Vüsal Əliyev, Vasif Əliyev, Tural Əliyev, Xəyalə Bəbirli, Turan Bəbirli, Xumar Nəzərova və Vəli Əliyev imzalayıblar.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info