İtaliya Avropa İttifaqından imtina edir?
Tarix: 14.04.2017 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


La Russa: “Brüsselin siyasəti sadə vətəndaşların maraqları ilə ziddiyyət təşkil edir”

İtaliya müxalifəti Brüsselin mövqeyindən asılı olmayaraq, Romanın müstəqil siyasi qərarlar qəbul etmək hüququnu bərpa etməsi təşəbbüsü ilə çıxış edib. Bu məsələni “İtaliya qardaşlar” partiyasının üzvü İnyasio La Russa yenidən gündəmə gətirib. Ölkə konstitusiyasında dəyişiklik edilməsini təklif edən partiya üzvü hesab edir ki, bunun sayəsində ölkə qanunvericiliyi Avropa İttifaqı ilə müqayisədə öncəlik təşkil edəcək.
Avropa İttifaqı ölkələrinin suverenliklərini bərpa etməyə çağıran La Russa hesab edir ki, Brüsselin siyasəti sadə vətəndaşların maraqları ilə ziddiyyət təşkil edir: “Avropa İttifaqı tərəfindən müəyyən edilən iqtisadi, maliyyə və sosial məhdudiyyətlər siyasəti ölkələrin maraqlarına uyğun gəlmir”. Qeyd edək ki, La Russanın hazırladığı qanun layihəsini İtaliyanın başqa bir partiyası- “Şimal liqası” da dəstəkləyir. Partiya nümayəndəsi, Deputatlar Palatasının üzvü Paolo Qrimoldi hesab edir ki, bu, Avropa İttifaqından müstəqillik əldə etmək yolunda önəmli addımdır. Lakin, Qrimoldinin fikrincə, real dəyişiklik yalnız ölkədəki parlament seçkilərində müxalifətin qalib gəlməsi və öz təsirini gücləndirmək şansı əldə etməsindən sonra ola bilər. Xatırladaq ki, İtaliyada seçkilər 2018-ci ildə keçiriləcək. Amma əvvəlki baş nazir Matteo Renzinin vaxtından əvvəl istefası ilə bağlı seçkinin bir qədər tez reallaşması da istisna deyil: “Biz İtaliya hökumətinin böyük bir səhvini düzəltməyə çalışacağıq. Amma indi bizim 600 millət vəkilinə qarşı cəmi 30 millət vəkilimiz var. Seçkidən sonra biz Rusiyaya qarşı tətbiq edilmiş qadağaların aradan qaldırılması üçün Brüssel qarşısında məsələ qaldıracağıq” - deyə Qrimoldi bildirib. “Şimal liqası” ölkə prezidentinə Rusiya ilə iqtisadi əlaqələri bərpa etməyə dair çağırış edib. Deputatın fikrincə, Rusiyaya tətbiq edilən qadağaların ləğvi italyan şirkətlərinə “yeni nəfəs” gətirə bilər. Sabiq nazir, hazırda “İtaliya qardaşları” milli alyansının rəhbəri Cordciya Meloni də hökumətin Brüsselin diqtəsi ilə həyata keçirdiyi siyasətə dəstək vermir. “İtaliya qardaşları” da Rusiyaya tətbiq edilən qadağaların ləğv edilməsinə dəstək verir. Onu da qeyd edək ki, İnyatsio La Russanın təşəbbüsü ilə respublikanın müstəqillik manifestinə imza toplanır. Müxalifət Avropa İttifaqından çıxmaq və milli valyutanın bərpası ilə bağlı çağırışlar edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info