Suriya rəsmisi Trampa sərt cavab verdi
Tarix: 14.04.2017 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Suriya XİN ABŞ prezidenti Donald Trampın suriyalı həmkarı Bəşər Əsədin ünvanına səsləndirdiyi təhqirə cavab verib. Xatırladaq ki, Tramp bir neçə gün əvvəl Əsədi “heyvan” adlandırmışdı.
“RİA Novosti”nin verdiyi xəbərə görə, təhqirə cavabı XİN rəhbərinin köməkçisi Ayman Sussan səsləndirib: “Özünüz heyvansınızsa, düşünmək lazım deyil ki, qalanlarını da belədir. Bəşər Əsəd suveren dövlətin prezidentidir, o xalq tərəfindən seçilib. Xarakteristikanı da  ona Tramp yox, Suriya xalqı verməlidir”, - deyə  Sussan bildirib.   
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb. Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.
 
“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, - deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib. 
 
ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.
 
“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, - deyə Tramp əlavə edib.  
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info