“Xəzər dalğaları” şərabı Tokioda birinci yerə layiq görülüb 
Tarix: 14.04.2017 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Tokionun “Okura” otelində Yaponiya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan), Sərgi Avropa (Moldova) və Məğrib (Tunis) ölkələrinin iştirakı ilə “Şərab Dostluğu Möhkəmləndirir - Azərbaycan, Gürcüstan, Moldova və Tunis şərablarını kəşf et” adlı festival keçirilib. Azərbaycan tədbirdə yüksək səviyyədə təmsil olunub.
Tədbirdə Yaponiyanın yüksək səviyyəli dövlət rəsmiləri, ictimai-siyasi dairələrin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin nümayəndələri, şərab sənayesinin təmsilçiləri iştirak ediblər.
Festivalda Yaponiyanın xarici işlər nazirinin müavini Motome Takezava ölkəsində ilk dəfə belə tədbirin təşkil olunduğunu bildirib, bu cür festivalların xalqlar və dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayacağını vurğulayıb. Nazir müavini təşəbbüsü dəstəkləyən ölkələrə minnətdarlığını bildirib və qeyd edib ki, bu tədbir həmin ölkələrin şərablarını Yaponiyada tanıtmaq baxımından da əhəmiyyətli olacaq.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizdə şərabçılığın inkişafından danışıb. Diplomat Azərbaycanın yalnız neft və qaz ixracatçısı deyil, həm də artıq gözəl şərab istehsalçısı kimi də dünya bazarlarına çıxdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan şərablarının bu festivalda təqdim edilməsi cari ildə qeyd olunan Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25-ci ildönümünə ən yaxşı töhfədir.
Azərbaycan şərabları barədə xarici işlər nazirinin müavini Motome Takezava, Yaponiya Turizm Assosiasiyasının prezidenti Tadaşi Şimura, “Pavone” jurnalının baş redaktoru Akira Matsuda ölkəmizin məhsullarının keyfiyyəti ilə diqqəti cəlb etdiyini vurğulayıblar. Qeyd ediblər ki, “Made in Azerbaijan” brendi olan şərablarımız artıq Yaponiya bazarında mövqeyini möhkəmləndirməkdədir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin artması ilə yanaşı, dost xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına mühüm təsir göstərəcək.
Tədbir zamanı peşəkar somelyelər tərəfindən keçirilən müsabiqədə Azərbaycanın “Xəzər dalğaları” ağ şərabı birinci yerə layiq görülüb.
Festivalda təqdim edilən şərablar Azərbaycan Nazirlər Kabinetinin, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin, AzPromo və “Silkway” şirkətlərinin dəstəyi ilə Yaponiyaya çatdırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info