BANM-in tələbələri Səngəçal terminalında
Tarix: 14.04.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının üçüncü kurs tələbələri Səngəçal terminalında olublar. BANM-dən bildiriblər ki, tələbələrin Səngəçal terminalına səfəri bu ali məktəbin “BP-Azərbaycan” şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Tələbələr terminalın strukturu, tutumu, buradakı müasir avadanlıq, qabaqcıl texnologiyalarla tanış olublar. Onlara terminaldakı mövcud iş şəraiti, texniki təhlükəsizlik, ətraf mühitin və sağlamlığın qorunması tədbirləri haqqında məlumat verilib.
Bildirilib, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində xüsusi əhəmiyyətə malik obyektlərdəndir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil olunan xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq və ixrac üçün nəzərdə tutulub. Təxminən 550 hektarlıq ərazidə yerləşən Səngəçal terminalı dünyanın həm də ən böyük neft-qaz terminallarından biridir. Terminalın operatoru BP şirkətidir.
Səfərin sonunda BANM-in tələbələrinə müxtəlif məlumatlandırıcı materiallar təqdim olunub və onların sualları cavablandırılıb.
BANM-in BP şirkəti ilə əməkdaşlığı çərçivəsində bu ali məktəbin tələbələri “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsində də olublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info