“Russian Today” ordumuzu regionun ən qüdrətli ordusu kimi təqdim edib
Tarix: 14.04.2017 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Rusiyanın beynəlxalq informasiya telekanalı “Russian Today” “Azərbaycan ordusu: Regionun ən zəngin ordusu” başlıqlı şəkillər seriyası təqdim edib.
 
Təqdimatda qeyd olunub ki, Azərbaycan ordusu Dağlıq Qarabağla bağlı Ermənistanla olan münaqişə ilə əlaqədar daim döyüşə hazır vəziyyətdədir.
 
Bildirilir ki, 2000-ci illərdən bəri Azərbaycan hərbi büdcəsini 20 dəfə artırıb: “Bakı Rusiya, İsrail və Türkiyə istehsalı olan silahlar alır. Azərbaycanın raket əleyhinə müdafiə qüvvələri əsasən sovet texnikasından ibarətdir. Bunlar Rusiya istehsalı olan S-200, S-300, S-125, “Buk” Tor-M2E” sistemləridir. Bununla yanaşı, yaxın mənzilli zenit-raket kompleksi İsrail istehsalıdır. Azərbaycan aviasiyası gücünə görə Ermənistan Silahlı Qüvvələrini xeyli üstələyib. Azərbaycan Müdafiə Nazirliyi Qazaxıstandan və Ukraynadan "Miq-25", "Miq-29" qırıcıları əldə edib. “Global Firepower” hesabatında Azərbaycanın hərbi gücü Ermənistanı 34 pillə geridə qoyaraq 60-cı yerdə qeyd olunur. Azərbaycanın hərbi xərcləri 2003-cü ildə 160 milyon dollar, 2013-cü ildə isə 3,7 milyard dollar təşkil edib. Bu gün Azərbaycanın balansında 314 tank, 1600 zirehli texnika, 119 özüyeriyən artilleriya qurğusu, 240 artilleriya qurğusu, 191 raket atıcı sistemi var. Azərbaycan ordusu 70 min hərbi qulluqçu və 300 min ehtiyat heyətdən ibarətdir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin balansında 31 döyüş gəmisi var”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info