ADPU-nun “Twinning” layihəsi üzrə akkreditasiyasının birinci mərhələsi başa çatdı
Tarix: 14.04.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Twinning” layihəsi üzrə akkreditasiyasının birinci mərhələsi keçirilib. Xatırladaq ki, Azərbaycan ali təhsilinin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması layihəsi çərçivəsində ali təhsilin keyfiyyət təminatı üzrə Avropa Standartları və Təlimatlarına uyğun 3 ali təhsil müəssisəsi-Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) pilot qiymətləndirmənin keçirilməsi üçün seçilib. Finlandiya və Estoniyadan olan təhsil ekspertləri, eləcə də müvafiq təlim keçmiş yerli ekspertlərdən ibarət qrup 3 gün müddətində ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Elmi Şuranın və Dissertasiya Şurasının üzvləri, struktur bölmələrinin rəhbərləri, müəllim və tyutorları, məzunları, tələbələri, ADPU-nun baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin müəllimləri ilə görüşlər keçirərək sorğular aparıblar.
ADPU-nun rektoru, professor Cəfər Cəfərovla görüşən təhsil ekspertləri keçirdikləri görüşlər, apardıqları sorğular əsasında ADPU-nun “Twinning” layihəsi üzrə akkreditasiyasının birinci mərhələsi ilə bağlı rəy və təkliflərini universitet rəhbərliyinin diqqətinə çatdırıblar. Bildirilib ki, ADPU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. ADPU-nun rəhbərliyinin universitetin inkişaf strategiyası ilə bağlı qətiyyətli mövqeyi var və bu strategiyanı həyata keçirmək üçün ardıcıl və səmərəli fəaliyyət göstərir. Universitetin inzibati, pedaqoji və tələbə heyəti dəyişikliklərə hazırdır. Bununla yanaşı, təhsil ekspertləri görüşdə universitetin inkişaf strategiyasının prioritetlərə uyğun hazırlanması, qarşılıqlı etimad mühitinin yaradılması, təşkilati strukturun formalaşdırılması, idarəetmənin optimallaşdırılması, qəbul edilən qərarların dəqiq icra mexanizminə malik olması, tədris–təlim paradiqmasına ciddi yanaşılması, daxili keyfiyyət təminatı sisteminin yaradılması, tələbələrin pedaqoji təcrübələrinin tədris prosesinə inteqrasiyası, universitetin informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində imkanlarının genişləndirilməsi, professor-müəllim heyətinin və əməkdaşların İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, tələbə-gənclərin ingilis dilini, eləcə də digər xarici dilləri öyrənmələri üçün onların mobillik proqramlarında iştirakının təmin edilməsi, ingilis dilində dərslik, dərs vəsaitlərinin sayının çoxaldılması, doktoranturaya qəbul olan gənclərin elmi işlərinin keyfiyyətinə diqqətin artırılması, məzunların universitetin ümumi inkişaf prosesinə cəlb edilməsi və kampus (müasir tələbə şəhərciyi) yaradılmasının vacibliyi ilə bağlı fikir və təkliflərini irəli sürüblər. Qeyd edək ki, beynəlxalq ekspert qrupu iki ay müddətində yekun hesabat hazırlayıb Təhsil Nazirliyinə və ADPU-ya təqdim edəcək. Sonra birgə konfransın keçirilməsi və layihənin nəticələrin ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Sonda təhsil ekspertləri onlara göstərilən səmimi münasibətə və yaradılan şəraitə görə universitetin rəhbərliyinə təşəkkür ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov təhsil ekspertlərinin rəy və təkliflərinin nəzərə alınacağını bildirərək onlara universitetin inkişafına verdikləri dəstəyə görə təşəkkür edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info