Taxılçılıq kənd təsərrüfatının ən önəmli sahəsidir
Tarix: 14.04.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində taxılçılıq kənd təsərrüfatının ən önəmli sahəsidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ilində 997,5 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsindən 3065,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul yığılıb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a müsahibəsində bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılığın mühüm əhəmiyyət kəsb etdiyini xatırladaraq, bu sahənin inkişafı ilə bağlı kompleks yanaşmanın, statistikanın, təhlilin vacibliyini vurğulayıb. “Bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. İri taxılçılıq təsərrüfatları yaradılır, həmin təsərrüfatlarda müasir mütərəqqi texnologiyalar tətbiq edilir və hər hektardan 50-60 sentner məhsul götürülür. Su anbarlarının, sututarların tikintisi ilə bağlı yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb edilir və əkin sahələri genişləndirilir”.
İ.Cümşüdov qeyd edib ki, ötən il 590 min hektar sahədə payızlıq və yazlıq buğda əkini həyata keçirilib, hər hektardan 31,3 sentner olmaqla, 1851 min ton məhsul istehsal edilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak normasına əsasən adambaşına buğdaya illik tələbat 180 kiloqram, ölkə əhalisinin sayı nəzərə alınmaqla isə cəmi tələbat təqribən 1 800 min tondur. İstehsal edilən buğdanın 3 faizi təbii itkiyə gedir, 350-400 min tonu yem, 140 min tonu növbəti ilin məhsulu üçün toxum, qalan hissəsi isə emal edilərək və ya emal edilmədən ərzaq məqsədilə istifadə olunur. Minimum istehlak səbətinə görə ərzaqlıq buğdaya illik tələbat 1800 min ton müəyyən olunsa da, 2016-cı ildə buğda ehtiyatları və istifadələri balansına əsasən il ərzində çörək və çörək məhsullarına sərf olunmuş buğdanın faktiki həcmi 2035,1 min ton təşkil etmişdir. Buna görə də 2016-cı ildə təxminən 1 milyon ton ərzaq buğdası idxal olunub.
Nazirliyin rəsmisi cari təsərrüfat ili üçün məhsul istehsalının artırılmasının proqnozlaşdırıldığını deyib: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin məhsulu üçün 950 min hektar sahədə dən üçün, o cümlədən 623,5 min hektarda payızlıq buğda və 326,3 min hektarda payızlıq arpa səpilib. Ötən illə müqayisədə taxıl səpini 2,4 faiz, o cümlədən buğda səpini 6,9 faiz artıb, arpa səpini isə 5,3 faiz azalıb. Çalışırıq ki, taxılçılarımız müasir və ənənəvi texnologiyalardan paralel istifadə edib daha çox məhsul götürsünlər. Bu, məhsuldarlığın yüksəlməsinə, onun maya dəyərinin azalmasına və keyfiyyətinin daha da yaxşılaşmasına təsir göstərəcək”.
Bitkiçilik şöbəsinin müdiri qeyd edib ki, yerli buğdanı digər ölkələrdən idxal olunan buğda ilə qarışdırıb daha keyfiyyətli çörək istehsal etmək olar. Bu istiqamətdə elmi-tədqiqat institutları emal müəssisələrinə müəyyən tövsiyələr də verir.
“Görülən və görüləcək kompleks tədbirlər belə deməyə əsas verir ki, yaxın gələcəkdə yerli istehsal hesabına ərzaqlıq buğda ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşacaq”, - deyə İ.Cümşüdov bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info