Azərbaycan Daşkənddə beynəlxalq turizm sərgisində təmsil olunub
Tarix: 14.04.2017 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“İstirahət dünyası” V Daşkənd Beynəlxalq Turizm Sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan da təmsil olunur. “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi bugün Daşkənddə "УЗКУРГАЗМАСАВДО" mərkəzində rəsmi açılışı olub.
Beynəlxalq Sərginin əsas təşkilatçısı Özbəkistanın Turizmin inkişafı üzrə Dövlət Komitəsi, “İpək yolu” turizm şirkətidir.
Tədbiri Özbəkistan Senatının birinci müavini Sadıq Safayev açaraq, qonaqları salamlamış, tədbirin əhəmiyyətindən danışmış, Özbəkistanın turizm sahəsində qarşıya qoyduğu vəzifələr barədə məlumat verib.
Özbəkistanın Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Ənvər Şarapov “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində xarici turizm firmaları ilə yanaşı, ölkənin regionlarının da fəal iştirak etdiyini və onlar öz turizm resurslarını təqdim etdiyini bildirdi.
Qeyd edək ki, Sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib, “Azərbaycan” stendi ziyarətçilərə təqdim edilib.
Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdirilib, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizminə dair göndərilmiş nəşrlər paylanılmış, “Baku Shopping Festival”ın təqdimatı olmuş, haqqında Mədəniyyət Mərkəzinin layihəsi ilə Bakıda keçirilən Ticarət Festivalı haqqında hazırlanmış xüsusi bukletlərin və bu mövzudakı videoçarxın nümayiş etdirilmişdir.
Beynəlxalq Turizm Sərgisində Azərbaycan Mədəniyyət Mərkəzinin stendi ilə yanaşı Azərbaycanın Naftalan şəhərindəki “Çinar” və “Qaşaltı” otelləri də öz turpaketlərini təqdim ediblər.
Azərbaycan stendinə maraq böyük olub, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının qızları milli rəqslərimizi ifa ediblər.
Sərgidə Rusiya Federasiyası, Türkiyə, Çin, Çexiya, Ukrayna, Qazaxıstan, Malayziya, Tailand, Sinqapur, Vyetnam və s. ölkələr milli stendlərini təşkil edərək turpaketlərini təqdim ediblər.
Çoxsaylı xarici turizm şirkətləri öz ölkələrinin yaz-yay turizm paketlərini təqdim ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info