Qusarda Milli Qəhrəmana həsr olunan kikboksinq üzrə turnir keçirilib
Tarix: 14.04.2017 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Aprelin 12-də isə Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı və KİVDF-nin informasiya dəstəyi ilə onun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası turnir keçirildi.
Əvvəlcə, AKF rəhbərliyi, millət vəkilləri, media nümayəndələri və yerli ictimaiyyət şəhid Çingiz Salman oğlu Qurbanovun Qusar şəhər qəbiristanlğındakı məzarını, daha öncə isə ulu öndər Heydər Əliyevin, daha sonra Şəhidlər abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoydular. Turnir isə şəhərin ən hündür yerində yerləşən Qusar Olimpiya İdman Kompleksində oldu. Tamaşaçılar kompleksi ağzınacan doldurmuşdular.
Tədbir çıxışlarla başladı. Əvvəlcə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış etdi. Daha sonra AKF prezidenti, Milli Məclisin deputatı Adil Əliyev turnirin gənclərin vətənpərvərlik ruhunu yüksəldilməsində önəmli rol oynayacağından danışdı. AKF prezidenti qeyd etdi ki, Çingiz Qurbanov Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq: "Çingiz Qurbanov kimi gənclərə ehtiyacımız var. O, Kikboksinq Federasiyasının idmançısı olub. Biz onunla fəxr edirik. Gənclər Çingiz kimi vətənpərvər olmalıdır".
Sonra A.Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun idman ustası vəsiqəsini şəhidin atası Salman Qurbanova təqdim etdi. 

Şəhidin kikboks üzrə müəllimi Vüsal Səfiyev isə dedi ki, Çingiz Qurbanovun şərəfinə rayonda "Alov" Kikboksinq klubu yaradılıb. Şəhidin üzvlük vəsiqəsini isə atası Salman Qurbanova təqdim etdi. 
Şəhid atası Salman Qurbanov göstərilən bu diqqət və qayğıya görə ölkə prezidentinə, ictimaiyyətə və təşkilatçılara minnətdarlığını bildirdi.
Tədbirdə kikboksinq üzrə müxtəlif uğurlar əldə etmiş idmançılar və bu idman növününün Azərbaycandakı inkişafında əməyi olan şəxslər diplom və fəxri fərmanlarla təltif olundu.
Azərbaycan xüsusi təyinatlı hərbçilərinin hamı tərəfindən maraq və sürəkli alqışlarla qarşılanan nümunəvi çıxışlarından sonra yarış başladı. İdmançılar 7 çəki dərəcəsində mübarizə apardılar. Sonra onlardan Elşad Ələsgərov (57 kq),  Elşən Qəniyev (64 kq), Turan Qədimov (67kq), Rəhim Əliyev (71 kq (low kik)), Alişan Aslanlı (81 kq (k1)), Emil Mövsümzadə (75 kq (k 1)), Bəhrəm Rəcəbzadə (91 kq (k1)) turnirin qalib oldular.
Qaliblərə kubok və mükafatlar təqdim olundu.
Qeyd edək ki, şəhid döyüşçünün xatirəsinə həsr olunan turnirin bundan sonra ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib
20.02.2019
Qaraciyəri bərpa etməyin sadə və ucuz üsulu
20.02.2019
İslamda millət və din anlayışı
20.02.2019
Narkotik vasitələrin sərhəddən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info