DİN jurnalistlər üçün vakant yerlərə qəbul elan edib
Tarix: 14.04.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə regional qurumlarında vakant olan baş inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə Azərbaycan ali təhsil müəssisələrini “jurnalist” ixtisası üzrə bitirmiş, müxbir kimi əmək stajına malik olan, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, aşağıda göstərilən şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və hal-hazırda yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər:
 
Gəncə regionu üzrə: Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir;
Şirvan regionu üzrə: Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan;
Quba regionu üzrə: Quba, Xaçmaz, Qusar;
Lənkəran regionu üzrə: Lənkəran, Astara, Masallı;
Şəki regionu üzrə: Şəki, Mingəçevir, Oğuz, Qəbələ;
Bərdə regionu üzrə: Bərdə, Ağdam, Tərtər, Yevlax.
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprel ayının 17-dən may ayının 17-dək http://www.mia.gov.az/index.php?/az/content/29942/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin metbuat@mia.gov.az internet ünvanına göndərməlidir.
 
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası.
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-99-07; (055) 861-73-11; (012)-590-93-64.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info