“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır!”
Tarix: 14.04.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır!” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva hazırda ən aktual məsələyə çevrilən qadın problemindən danışıb. Tarix boyu Azərbaycanda qadına, anaya göstərilən münasibətin göz qabağında olduğunu deyən Nurlana Əliyeva Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra qadın problemlərinin dövlət səviyyəsində öz həllini tapdığını vurğulayıb. Rektor deyib: “Ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına bələd idi. Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçilik və müstəqiliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. İlk günlərdən Qarabağ savaşında düşmənə qarşı qətiyyətli etirazları ilə əhali arasında təbliğat aparan qadınlarımız YAP-ın sıralarına dəstə-dəstə gəlirdilər”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınların cəmiyyətimizdəki mövqeyini daha da möhkəmlətmək istiqamətində gördüyü işləri yüksək qiymətləndirən Nurlana Əliyeva gənc nəsli belə tədbirlərdə fəal olmağa səsləyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında tədbirin mövzusunun aktuallığından danışaraq qeyd edib ki, Dövlət Komitəsi mütəmadi olaraq ali təhsil müəssisələrində gənclər arasında diskusiyalar aparır. Azərbaycan qadınına ən yüksək qiyməti Ümummilli lider Heydər Əliyevin verdiyini deyən sədr müavini məhz bu səbəbdən hər il ənənəvi olaraq qadınlara həsr edilən yazı müsabiqəsinin Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirildiyini vurğullayıb.
Tədbirdə çıxış edən millət vəkili, BSU-nun İngilis filologiyası kafedrasının müdiri Sevinc Fətəliyeva Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün miras qoyduğu dəyərlərdən söz açıb. Müstəqilliyin ən ümdə miras olduğunu deyən millət vəkili bu müstəqillik sütunlarının qorunmasında Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Qadınların ölkənin siyasi həyatında əhəmiyyətini xüsusi vurğulayan S.Fətəliyeva təhsildən yayınma, erkən nigah, zorakılıq kimi aktual qadın probleminin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri, millət vəkili, BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova bildirib ki, gender bərabərliyi Azərbaycanda qanunvericilik tərəfindən tam təmin olunub. Azərbaycan nümayəndə heyətinin AŞPA-da kifayət qədər effektiv fəaliyyət göstərdiyini deyən millət vəkili bildirib ki, Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır.
Sonra tədbrin mövzusu ətrafında tələbələrin fikirləri dinlənilib.
BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info