Rusiyadan gələcək turistlərin sayında 30 faiz artım gözlənilir
Tarix: 14.04.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Rusiyanın turizm operatorları Azərbaycana səfərlərə olan tələbatın kəskin artdığını bildirir. "Interfax" agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Turizm operatorları Assosiasiyasının yaydığı məlumatda deyilir. Bildirilir ki, turistlər Azərbaycanda istirahətin cəlbedici tərəflərindən danışarkən hotel bazasının keyfiyyətini, ekskursiya proqramlarının zənginliyini və sanitar-kurort kompleksinin inkişafını qeyd edir. Turistlərin əksəriyyəti hesab edir ki, Azərbaycandakı hotel bazası avropadakılardan geri qalmır. "Alean" turizm şirkətinin təqdim etdiyi rəqəmlərdən məlum olur ki, bu il Azərbaycanda istirahət etmək istəyən rusiyalı turistlərin sayı 30% artıb. Tələbatın artması əsasən sanitar-kurort bazasının inkişafı ilə əlaqədardır. Belə ki, Naftalan kurortuna rusiyalı turistlər tərəfindən maraq artmaqdadır. Bildirilir ki, Rusiyadan Azərbaycana turist axını əsasən yay aylarında gözlənilir. "ICS Travel Group" şirkətinin rəsmisi Anna Filatovskaya bildirib ki, Azərbaycanda istirahət ucuz başa gəlməsə də, servisi yüksək səviyyəli adlandırmaq olar: "Azərbaycanda istirahəti ucuz adlandırmaq olmaz, ölkə baxımından Səudiyyə Ərəbistanına oriyentasiya olunub".
"Multitur" şirkətinin baş direktoru Dmitri Şarov isə bildirib ki, 4 və 5 ulduzlu hotellərin sayına görə, Azərbaycan MDB və Gürcüstandan irəlidədir. "Ən əsası odur ki, Azərbaycan müsəlman ölkəsidir, lakin başqa dinlərə loyal yanaşır, dünyəvi həyat tərzini qadağan etmir. Bu isə turizmin inkişafına böyük dəstək verir", - deyə baş direktor əlavə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info