Sakinlər tibbi müayinə tədbirindən razılıq edirlər
Tarix: 14.04.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin göstərişinə əsasən əhalinin fevralın 15-dən başlanan növbəti tibbi müayinə tədbiri Suraxanı rayonunda mütəşəkkil qaydada və uğurla davam edir.
Rayonda 216,3 min nəfər sakin və burada məskunlaşan 20,2 min nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir sakin yaşadığı əraziyə yaxın olan 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada müayinə olunur. İndiyədək 108,2 min vətəndaş və 110 müəssisənin kollektivi tibbi müayinədən keçib. Müayinələr nəticəsində 3172 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb, 94 nəfər stasionar müalicəyə cəlb edilib, 231 nəfər təkrar müayinə və müalicə olunmaq üçün müxtəlif xəstəxanalara göndərilib.
Hövsan qəsəbəsində əsaslı təmirdən çıxan 23 nömrəli şəhər poliklinikasında idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanlarla yanaşı pensiyaçı, ixtiyar qocalar və tək yaşayanların tibbi müayinəsinə xüsusi diqqətlə yanaşılır. Poliklinikanın baş həkimi Şərəbanı Yusifzadə AZƏRTAC-ın müxbirinə bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması və xəstəliklərin erkən aşkarlanıb müalicəyə cəlb olunması məqsədilə keçirilən tədbiri qəsəbə sakinləri böyük razılıq hissi ilə dəyərləndirirlər. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Müayinə tədbiri tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər terapevt tərəfindən müayinə olunandan sonra zərurət və ehtiyac yarandığı təqdirdə cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərə üz tuturlar.
Tibbi müayinə başlayandan indiyə kimi poliklinikada 14, 7 min nəfər müayinə olunub. Qəsəbə sakinlərindən 259 nəfərində xəstəlik aşkar olunub, 81 nəfəri təkrar müayinələrə göndərilib. Müraciət edənlərin 1,9 min nəfərindən laborator analizləri götürülüb, 434 nəfər exokardioqrafiya, 1,5 min nəfər rentgen və 2,1 min nəfər isə ultrasəs müayinələrindən keçib.
Tibbi müayinə mayın 1-dək davam edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info