Fərhad Hacıyev 2-ci Avropa Oyunlarına həsr olunmuş görüşdə iştirak edib
Tarix: 14.04.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Belarus Respublikasında keçiriləcək 2-ci Avropa Oyunlarının hazırlıqlarına həsr olunmuş görüşdə iştirak edib.
 
Fonddan APA-ya verilən məlumata görə, görüşdə, eyni zamanda, Belarusun Prezident Administrasiyası rəhbərinin birinci müavini, təhsil və idman nazirləri, Belarus Gənclər İttifaqının sədri və digər rəsmi şəxslər iştirak edib.
 
Fərhad Hacıyev Birinci Avropa Oyunlarına hazırlıq prosesi haqqında danışıb, bu oyunların hazırlığında bütün ölkənin səfərbər olduğunu, prezident İlham Əliyevin və Təşkilat Komitəsinin rəhbəri, birinci vitse-prezident Mehriban Əliyevanın proseslərdə birbaşa iştirak və rəhbərlik etdikləri haqqında geniş məlumat verib. 
 
Fərhad Hacıyev bununla yanaşı, cəlb olun insan resurslarından, o cümlədən könüllülər və mütəxəssislərdən danışıb, könüllülərin hazırlıq prosesi haqqında ətraflı çıxış edib.
 
Görüşdə iştirak edən Belarus idmançıları, Olimpiya komitəsinin və idman və turizm nazirliyinin rəhbərləri Bakıda keçirilən Birinci Avropa Oyunlarının dünya standartlarına uyğun keçirildiyini və hazırda Belarusun bu təcrübə ilə yaxından tanış olduğunu vurğulayıblar.
 
Çıxışdan sonra sual-cavab sessiyasında Belarus tərəfini maraqlandıran suallara cavab verilib. Eyni zamanda, Fərhad Hacıyev Belarusun mərkəzi kanalına, paytaxt kanalına və digər mətbu orqanlara müsahibə verib.
 
Görüşün sonunda Birinci Avropa Oyunlarına həsr olunmuş videoçarx yayımlanıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info