Peşəyönümü tədbirlərinə gənclərlə bərabər, onların valideynləri də cəlb edilir
Tarix: 14.04.2017 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ilk rübündə 1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən Şuşa rayon bir sıra orta məktəblərinin yuxarı sinif şagirdlərinin və valideynlərinin iştirakı ilə “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda keçirilən peşəyönümü tədbirində məlumat verilib.
Şuşa rayon 1 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə Şuşa rayon İH-nin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və digər qurumların nümayəndələri də iştirak edib.
Tədbirdə Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova əmək bazarına daxil olmağa hazırlaşan gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, əmək bazarının tənzimlənməsində, peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçiminin vacib amillərdən olduğunu, peşəyönümü tədbirlərinin də bu məqsədə yönəldiyini qeyd edib.
Bildirilib ki, bununla bağlı olaraq, gənclər, xüsusən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında mütəmadi olaraq peşəyönümü tədbirləri təşkil edilir. Onların peşə meyilləri öyrənilir, gələcəkdə əmək bazarına fəal şəkildə inteqrasiya edə bilmələri üçün onlara zəruri məlumatlar, məsləhətlər verilir. Əksər hallarda gənclərin peşə və ixtisas seçimində onların valideynləri də mühüm rola malik olur. Bu amil nəzərə alınaraq peşəyönümü tədbirlərinə gənclərlə bərabər, onların valideynləri də cəlb edilir. Hazırkı tədbirdə də valideynlərin fəal iştirakı təmin olunub. Bu tədbir Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən müvafiq qrafik əsasında məktəblərdə keçirilən artıq 9-cu tədbirdir.
Tədbirdə ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gəncləri, onların valideynlərini ətraflı məlumatlandırıblar. Məşğulluq xidmətləri, peşə hazırlığı və əlavə təhsil kursları, aktiv məşğulluq tədbirləri haqqında geniş məlumatlar, peşəyönümü məsləhətləri verilib. Tədbirdə yuxarı sinif şagirdləri və valideynlərinin aidiyyəti mövzuda sualları da cavablandırılıb, onlara məşğulluq xidmətləri, peşə hazırlığı, peşəyönümü, digər aktiv məşğulluq tədbirləri barədə məlumatların əks olunduğu çap materialları, həmçinin “Düzgün ixtisas seçimində valideynlərin rolu”, “Peşəyönümü işinin xüsusiyyətləri” adlı bukletlər təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info