“Synergy Baku” komandasının üzvü qalib olub
Tarix: 14.04.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Mərakeşdə təşkil olunan ongünlük “Tour de Maroc” yarışında uğurlu çıxışını davam etdirir. Təmsilçilərimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun yeddinci mərhələsini də uğurla başa vurublar. Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər ki, 184,5 kilometrlik marşrutun əvvəlindən ön sırada qərarlaşan elit yığma komandamızın üzvü Elçin Əsədovun təqib qrupu ilə vaxt fərqi hətta müəyyən zaman kəsiyində yeddi dəqiqədən də çox olub. Bu üstünlüyünü sonadək qoruyan velosipedçimiz Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələnin qalibi adını qazanıb. “Synergy Baku”nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla yeddinci mərhələni üçüncü yerdə bitirib. Y.Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “Dağlar Kralı” köynəyini də özündə saxlayır. Bu gün keçiriləcək səkkizinci mərhələdə iştirakçılar 148,5 kilometr məsafə qət edəcəklər. Xatırladaq ki, Mərakeş turunun birinci və dördüncü mərhələləri Azərbaycanın elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb və hazırda idmançımız ümumi təsnifatda üçüncü yerdə qərarlaşıb. Komandamızın uğurlu çıxışı mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının iştirakçı ölkələrindən olan Mərakeşdə Azərbaycanın daha geniş təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Bundan başqa, Mərakeş turu “Synergy Baku” üçün mayın 3-7-də keçiriləcək “Tour d`Azerbaidjan” yarışına hazırlığın əsas hissəsini təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info