“Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübə qazanıb”
Tarix: 14.04.2017 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Aprelin 14-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər kuboku” layihəsinin açılış mərasimi olub.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycanda idmanın inkişafı da ardıcıl, bir-birini dəstəkləyən qərarlar və tədbirlər əsasında həyata keçirilir. Ölkə ərazisində gənc nəslin fiziki inkişafı üçün hər cür şərait yaradılıb və bu proses davam edir. İdmançılarımız beynəlxalq tədbirlərdə yüksək nailiyyətlər qazanır, Azərbaycanın adını dünya birinciləri sırasına yazırlar. Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu çox əhəmiyyətli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Bu təkcə idman tədbiri yox, eyni zamanda ictimai-siyasi və mədəni tədbirdir. Azərbaycan bu oyunlara ev sahibliyi etməklə, öz gücünü, idman imkanlarını göstərəcək, dini dəyərlərimizə sadiqliyini nümayiş etdirəcək. Bir sözlə, Azərbaycan dünyaya İslam Həmrəyliyini nümayiş etdirəcək.
Azərbaycan İlk Avropa Oyunları kimi, İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək. Çünki, Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübə qazanıb.
Çox sevindirici haldır ki, gənclər təşkilatlarımız da ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərində fəallıq göstərir, onun təşkili prosesinə dəstək verirlər. Onlar gənc könüllülərin səfərbər olunmasında, təbliğat işində və digər fəaliyyətlərdə yaxından iştirak edirlər. “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclər Kuboku” layihəsi də belə nümunəvi fəaliyyətlərdəndir.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Tarixin ibrət dərsləri...
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info