Ayətullah Xamneyi ABŞ-ı sərt tənqid edib
Tarix: 18.04.2013 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


İranın ali dini lideri, ayətullah Əli Xamneyi ABŞ-ın xarici siyasətini sərt tənqid edib. “Mehr” xəbər agentliyinin verdiyi xəbərə görə, ayətullah Xamneyi deyib ki, ABŞ-ın günahsız insanların qətlə yetirilməsi ilə bağlı mövqeyi ziddiyyətlidir: “ABŞ və digər insan haqları iddiasında olanlar Pakistan, Əfqanıstan, İraq və Suriyanın günahsız insanlarının qətlə yetirilməsinə göz yumurlar. Lakin ABŞ-da bir neçə partlayışdan sonra dünyada hay-küy salırlar”.
Dini liderin sözlərinə görə, ABŞ rəsmiləri kütləvi qırğın silahlarına qarşı olduqlarını iddia etmələrinə baxmayaraq, bu ölkənin pilotsuz təyyarələri Əfqanıstan və Pakistanda müdafiəsiz, günahsız qadın və uşaqları öldürür: “ABŞ tərəfindən açıq və gizli şəkildə dəstəklənilən terrorçular da İraq və Suriyada insanları qətlə yetirir. İran isə islam məntiqindən hərəkət edərək istər ABŞ-ın Boston şəhərində, istərsə də Pakistan, Əfqanıstan, İraq və Suriyada günahsız insanların qətl edilməsini və hər cür terror hücumunu qınayır”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info