Puşkinin yaradıcılığına həsr olunmuş ikinci beynəlxalq online-olimpiada
Tarix: 14.04.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə görkəmli rus şairi A.Puşkinin yaradıcılığına həsr olunmuş ikinci beynəlxalq online-olimpiadanın açılış mərasimi keçirilib. Tədbir Bakı və Moskvada eyni vaxtda başlanıb. Moskvada olimpiadanın təntənəli açılış mərasimi Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodetsin çıxışı ilə başlanıb. Təhsil Nazirliyindən bildiriblər ki, mərasimə telekörpü vasitəsilə qatılan təhsil naziri Mikayıl Cabbarov olimpiada iştirakçılarını uğurlar arzulayıb, müsabiqənin böyük marağa səbəb olduğunu söyləyib. Azərbaycan-Rusiya mədəni-maarif əlaqələrinin inkişafının dahi Puşkinin yaşayıb-yaratdığı dövrə təsadüf etdiyini söyləyən nazir Azərbaycanın böyük maarifçi mütəfəkkiri Mirzə Fətəli Axundovun bu böyük rus şairinin ölümünə poema həsr etdiyini vurğulayıb. Prezidentin təşəbbüsünə müvafiq olaraq Rusiya ilə humanitar sahədə əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdıran nazir rus dilinin ölkəmizin mədəni-tarixi irsi ilə sıx bağlı olduğunu bildirib. Builki olimpiadada 6 nömrəli məktəb-liseyin dördüncü sinif şagirdlərindən 17-si iştirak edib. Şagirdlər İKT-nin geniş imkanlarından və innovativ resurslardan istifadə etməklə A.Puşkinin yaradıcılığına dair sualları cavablandırıblar. A.Puşkin adına Dövlət Rus Dili İnstitutu “uchi.ru” təhsil platforması ilə birlikdə hər il ibtidai sinif şagirdləri üçün rus dili üzrə irimiqyaslı online-olimpiada keçirir. Aprelin 19-dək davam edəcək olimpiadada Rusiya və xarici ölkələrdən olan 700 min nəfərdən çox I-IV sinif şagirdinin iştirakı gözlənilir. Olimpiadanın sualları A.Puşkin adına Dövlət Rus Dili İnstitutunun metodistləri tərəfindən tərtib olunub. Suallar rus dili üzrə standart tapşırıqlardan fərqli olaraq uşaqlar üçün maraqlı, aydın və interaktiv formatda təqdim edilib. Olimpiada iştirakçıları fəxri fərman və sertifikatlarla mükafatlandırılacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info