Qazaxda Milli Qəhrəmanın xatirəsinə abidə-bulaq kompleksi açılıb
Tarix: 14.04.2017 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Firuddin Şamoyevin xatirəsinə tikilmiş abidə-bulaq kompleksinin açılışı olub. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, cəbhə bölgəsində yerləşən Qazax rayonu torpaqlarımız uğrunda gedən döyüşlərdə 292 şəhid verib. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bundan əvvəl də şəhidlərə hörmət əlaməti olaraq onların xatirəsinə bulaq-abidə kompleksləri inşa edilib. Ümumiyyətlə, Qazax şəhərində şəhidlərin xatirəsinə 7 bulaq-abidə kompleksi tikilib. Sonra rayon ağsaqqalı Xanqulu Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair Cavanşir Rüstəm, qəhrəmanın adını daşıyan şəhər 4 nömrəli tam orta məktəbin direktoru Məhəmməd Aşırov və başqaları çıxış edərək şəhidin keçdiyi döyüş yolundan danışıblar. Milli Qəhrəmanın həyat yoldaşı Həmayıl Şamoyeva onlara göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından minnətdarlığını bildirib. Tədbirdə məktəblilər və Firuddin Şamoyevin nəvələri qəhrəmana həsr olunmuş şeirlər söyləyiblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info