“İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar”
Tarix: 15.04.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” Respublika elmi konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin (BDU) Elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, təhsil eksperti, Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, həmçinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tanınmış alim-mütəxəssisləri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə islami dəyərləri əks etdirən kitab sərgisi ilə tanış olublar. Konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Bizim bu gün keçirdiyimiz “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” Respublika elmi konfransı da bu Sərəncama əsasən keçirilən bir tədbirdir. Rektor qeyd edib ki, İslam dini humanist, dünyəvi, ümumbəşəri və demokratik dindir. İslam dini insanları əmin-amanlığa, sülhə, xeyirxahlığa, həmrəyliyə səsləyir. Çətin, mürəkkəb və gərgin olan müasir dövrümüzdə İslam ölkələrinin əlaqələrinin güclənməsinə və İslam dünyasının həmrəy olmasına böyük ehtiyac var. Təəssüflər olsun ki, bəzi xarici dairələrin məkrli siyasəti və İslam dünyasında mövcud olan məzhəb ayrı-seçkiliyi hazırda İslam ölkələrində qanlı toqquşmalara, müharibələrə, böyük faciələrə səbəb olur. Azərbaycan xalqı islami dəyərlərə böyük qiymət verir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sağlam dövlət-din münasibətləri yüksək səviyyədə inkişaf edir. Ölkə rəhbərliyinin müdrik və mütərəqqi siyasəti nəticəsində Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm bütün dünya üçün layiqli nümunədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İslam dininin nüfuzunun yüksəldilməsində böyük xidmətlər göstərib. Tolerantlıq və multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev, BDU-nun Elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə çıxış edərək konfransın aktual mövzuya həsr edildiyini bildirərək konfransın işinə uğurlar arzulayıblar. Plenar iclasda professor Əjdər Ağayevin “İslami dəyərlər və şəxsiyyətin formalaşması”, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyevin “İslam həmrəyliyi birlik və əməkdaşlıq hərəkatı kimi”, BDU-nun Türk xalqlarının tarixi kafedrasının professoru Nisbət Mehdiyevanın “XIX əsrdə Qazaxıstanda dini və dünyəvi təhsil” mövzularında məruzələri dinlənilib.
Plenar iclasdan sonra konfrans işini 4 elmi bölmədə: “İslam dövlətləri ilə Azərbaycanın elm və təhsil sahəsində əməkdaşlığı: reallıqlar, perspektivlər”, “İslamda elm və təhsilin intellektual potensialın formalaşmasına təsiri”, “İslam dünyası alimləri və elm”, “İslami dəyərlər və təhsil” adlı bölmələrində davam etdirib. Bölmələr üzrə 65 məruzə dinlənilib. Sonda bölmə rəhbərlərinin hesabatı əsasında yekun qərar qəbul edilib və hər bölmə üzrə “Ən yaxşı məruzə” müəllifləri seçilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info