Lələtəpə yaxınlığındakı ərazilərdə çiyid səpininə başlanılıb
Tarix: 15.04.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Füzuli rayonunun təmas xəttinə yaxın ərazilərində əhalinin təhlükəsizliyi təmin olunub. Lələtəpə yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi rayonun təmas xəttinə yaxın ərazilərində 600 hektara yaxın sahənin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradıb. 23 ildən sonra Lələtəpə yaxınlığındakı ərazilərdə çiyid səpininə başlanılıb. Horadiz kənd sakini Rasim Ağayev bu il təmas xəttinə yaxın ərazilərdə 200 hektar sahədə pambıq becərəcək. Fermer deyib: “Əvvəllər bu ərazilər çox təhlükəli idi. Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra isə artıq təsərrüfatda rahat işləyə bilirik. Bir neçə gündür ki, çiyid səpininə başlamışıq. Əkin sahəsinin 50 hektarına 23 ildən sonra ilk dəfədir ki, toxum səpilir”.
“MKT İstehsalat Kommersiya” MMC-nin aqronomu Rüfət Mehdiyev bildirib ki, 161 mülkiyyətçi ilə 820 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlanılıb. Artıq 90 hektardan çox sahədə səpin həyata keçirilib. Fermerlər toxum, dərman və texnikalarla tam təmin olunur”.
Qeyd edək ki, Füzuli rayonunda bu il ötən ildəkindən 4 dəfə çox pambıq əkiləcək. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, keçən il rayon ərazisində 505 hektar sahədə pambıq becərilmişdirsə, cari mövsümdə 2050 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Rayonun fermerləri pambığı “MKT İstehsalat Kommersiya” MMC, “CTS Aqro” MMC və “Füzuli Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərəcəklər. Artıq 150 hektardan çox sahədə səpin aparılıb. Rayonda çiyid səpini uğurla davam edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info